Möminin həyatda ən böyük arzusu nə olmalıdır?

MÖMININ ƏN BÖYÜK ISTƏYI ALLAHIN RAZILIĞIDIR! 

Merac hədisində oxuyuruq: “Ürəyindən keçəni məndən istə, mən də əta edim.  Mənim mərhəmət civarımda sakin ol.”  Aşiq bir ömür təlaşdan sonra arzusuna çatmışdır. 

Görün yəqin əhli olan möminin ruhu hansı məqama çatmışdır ki, belə bir cavab verir: “Pərvərdigara, Sən özünü mənə tanıtdırdın və Səni tanımaqla bütün xilqətdən ehtiyacsız oldum.” Mömin bildirir ki, Allahın əzəmətini dərk etdiyindən, artıq onun behiştdə gözü yoxdur. O, Allahı tanımaqla hər şeydən ehtiyacsız olduğunu bildirir. Axı belə bir əzəmətin müqabilində nə istəmək olar?!

baxılma sayı: 197