Yetkinlik yaşına çatmayan uşağın namaz qılması icazəlidirmi?

Cavab: Uşağı kişik yaşlarından etibarən namaza alışdırmaq məsləhətdir. Bunun üçün valideynlər hər bir xoş üsuldan istifadə edə bilərlər. Uşağı kiçik hədiyyələrlə həvəsləndirmək də məqbuldur. Namaz hökmlərini ona başa düşəcəyi şəkildə anlatmaq lazımdır. Hökmlərin xırdalıqlarında çox dərinliyə getmək uşağı yorursa, bunu etməmək daha yaxşıdır. Uşaq namaz zamanı hər hansı səhvə yol versə, bunu kobud şəkildə deyil, mehribanlıqla ona başa salmaq, növbəti dəfə həmin səhvi təkrar etməməsinə kömək göstərmək lazımdır.

 

İnsan yalnız yetkinlik yaşına çatdıqdan sonra ibadətlərinə görə cavabdehdir. Yetkinlik yaşından sonra insanın hansı ibadətinin batil, hansının düzgün olduğu Allah dərgahında hesablanır. Buna kimi edilən ibadətlərdə hər hansı natamamlıq və yanlışlıq olsa da, insana günah gətirmir, əksinə, ibadətə həvəs göstərdiyinə görə ona savab yazılır. Balaca uşaq hətta dəstəmaz və ya namaz əməllərindən hansı birini düzgün yerinə yetirə bilmirsə, imkan yaratmaq lazımdır ki, bacardığı kimi icra etsin və tədricən həmin nöqsanı aradan qaldırsın.

 

baxılma sayı: 202