Nə üçün məscidlərə ehtiram göstərilir?

Nə üçün məscid barədə çoxlu tapşırıqlar verilmişdir, habelə ilahi hökmlərdə ona bir bu qədər diqqət vardır?

İmam Sadiqdən (ə) soruşdular: Məscidlərin əzəmətli tutulmasının illəti nədir?

Həzrət İmam Sadiq (ə) buyurdu: Allah məscidlərin əzəmətli tutulmasını ona görə əmr etmişdir ki, onlar yer üzərində Allahın evləri olsun.

Habelə həzrət Əbu Abdullahın (ə) belə buyurduğu nəql olunmuşdur:   Tövratda yazılmışdır: Mənim evlərim yer üzərində məscidlər olar. Buna görə də, xoş olsun o kəsin halına ki, evində özünü pak və pakizə etmiş olsun. Sonra isə Məni Öz evimdə ziyarət etsin. Ziyarət olunanın haqqı isə odur ki, ziyarət edənə ikram etsin./F.A.

İstifadə olunan mənbə: Şeyx Səduq, “İləlüş-Şəraye”.

baxılma sayı: 108