Mütəal Allahın insana verdiyi ilk cəza - Hz. Musaya (ə) edilən vəhy

Hədislərdə buyurulur ki:  Bir gün Hz. Musa (ə) bir məhəllədən keçərkən qarşısına bir kişi çıxır və deyir:

-Ey Musa! Mənim bir sifarişim var. Onu öz rəbbinə catdır! De ki, mən heç yerdə Onu xatırlamıram (ehtiyacım yoxdur). Mənim bütün işlərim yolundadır. Heç bir çətinliyim yoxdur!

Hz. Musa (ə) Tur dağına yetişib raz-niyaz etdi. Lakin həmin kişinin xəbərini öz rəbbinə heç cür deyə bilmədi. Allahdan nida gəldi:  Ey Musa! Bəndəmin sifarişini Mənə de!

Hz. Musa (ə) kişinin dediklərini təkrarladı. Mütəal Allahdan belə xitab gəldi: Bəndəmə de ki, sən elə bir əzaba düçar olmusan ki, özünün də bundan qəflətdəsən (xəbərsiz)! Mən öz zikrimin şirinliyini və Məni xatırlamağın şirinliyini sənin qəlbindən çıxarmışam. Məndən qafil olmusan! (Bu ən böyük əzabdır).

Həqiqətən qəlblər yalnız Allahın zikri ilə şəfa tapar! Əgər zikrin qəlbə fayda və şirinliyi yoxdursa bu bir cəzadır!

/Yaşar Nuruyev

baxılma sayı: 56