Namaz qılmayan insan kafir olurmu?

Kafir - o kəsdir ki, Allahın varlığını, ya Qiyamət gününü, ya peyğəmbərlərin (ə) risalətini, ya da dini zərurətlərindən birini inkar edər. Bu cür insan dinin nəzərində xüsusi hökmlərə malikdir. Lakin insan əgər namaz qılmırsa, kafir sayılmaz. O zaman kafir sayılar ki, bilərəkdən və agah şəkildə bu vacibatı inkar edər, onu tərk edər. Lakin o insan ki, cahil və ya tənbəl olduğu üçün namazı qılmaz və ya tərk edər - kafir deyildir. Gərək tövbə edib bu vacibatı yenidən yerinə yetirsin. (Tebyan)


Kafirin lüğətdəki mənası geyindirən, gizlədən deməkdir. Çünki İlahi neməti görməməzliyə vurar və gizlədər. Sanki üzərinə pərdə salar. Quranın nəzərinə görə isə kafir o kəsdir ki, Allahın varlığını və Onun tək olmasını inkar edər. Həmçinin məadı, Peyğəmbərin (s), İmamların (ə) risalətini və ya hansısa dini vacibatı inkar edər.

Ona görə də namaz qılmayan insan iki cür ola bilər. Biri odur ki, namazı bilərəkdən inkar edər və bununla bilər ki, Allahı, məadı və başqa vacibatları da inkar edir. Bu şəxs kafir sayılır. Yox, əgər insan tənbəllik və ya cahillik üzündən namazı qılmırsa, kafir sayılmaz.

 

Ona görə də deyə bilərik ki, insan əgər tənbəllik və ya başqa bir bəhanə ilə namazı tərk edər və ya qılmazsa, lakin Allahı, məadı və başqa dini vacibatları inkar etməzsə, kafir deyildir.

Belə ki, Ayətullahül-üzma Xameneyi buyurur: “Namazı, orucu və başqa vacibatları tərk etmək müsəlmanın kafir və nəcis olması demək deyildir. O zamana qədər ki, kafirliyi sübut olmayıb, başqa müsəlmanların hökmündə sayılır”./Deyerler.

baxılma sayı: 202