Namazın son səcdəsində tövsiyə olunan mühüm zikrlər

Namaz insan həyanını nizamlayıb, ona səliqəli və düzgün yaşamağı öyrədən bir idoloji məktəbdir!

İslaminSesi.info – Namaz insanın rəbbi ilə ünsiyyətidir!

Namaz imanla küfr arasında pərdədir!

Namaz insanları günah və haramdan çəkindirən bir vasitədir!

Namaz insandan zahiri və daxili paklıq tələb edən ilahi bir göstərişdir!

Namaz insan həyatını nizamlayıb, ona səliqəli və düzgün yaşamağı öyrədən bir idoloji məktəbdir!

 

Hz. Zəhra (s.ə) buyurub: “İstədim rəbbimlə söhbət edəm namaz qıldım, istədim Rəbbim mənimlə danışsın Quran oxudum.”

Namaz bütünlüklə insan üçün xeyir-bərəkət mənbəyidir. Xüsusən səcdələrdə uzun zikrlərin deyilməsi tövsiyə olunub. Çünki hədslərdə səcdə insanın Rəbbinə ən yaxın halı kimi vəsf edilib. Əsasəndə namazın son səcdəsinin uzadılması tövsiyə olunub.

İmam Baqir (ə) buyurub: “Vacib namazın səcdəsində Allahdan ruzi istəmək niyyəti ilə belə de: 

يَا خَيْرَ اَلْمَسْئُولِينَ وَ يَا خَيْرَ اَلْمُعْطِينَ اُرْزُقْنِي وَ اُرْزُقْ عِيَالِي مِنْ فَضْلِكَ‏ اَلْوَاسِعِ فَإِنَّكَ‏ ذُو اَلْفَضْلِ اَلْعَظِيمِ‏

Ya xeyrəl-məsulin və ya xeyrəl-mutin! Urzuqni. Vər-zuq iyali min fədlik. Fə innəkə zul-fədlil-əzim.

Ey çağırılıb dua edilənlərin ən xeyirlisi. Ey əta edənlərin ən xeyirlisi. Mənə və ailəmə Öz fəzl və rəhmətindən ruzi əta eylə. Həqiqətən Sən böyük fəzl və əzəmət sahibisən.” (Kafi-2)

 Həmçinin namazın son səcdəsində bir neçə dua və zikr tövsiyə olunub ki, onlardan bəzisini təqdim edirik:

 یا من له الدنیا والاخره ارحم من لیس له الدنیا والاخره

Ya mən ləhud-dünya vəl-axirəti. İrhəm mən ləysə ləhud-dunya vəl-axirəti.

Ey dünya və axirətin sahibi. Nə dünyası, nə də axirəti olmayan birisinə rəhm eylə! 

یا لطیف ارحم عبدک الضعیف، یا جلیل ارحم عبدک الذلیل

Ya Lətif, irhəm əbdəkəz-zəif!  Ya Cəlil, irhəm əbdəkəz-zəlil!

Ey lütf və kərəm sahibi, zəif bəndənə rəhm eylə!

Ey izzət və əzəmət sahibi! Zəlil bəndənə rəhm eylə!/Yaşar Nuriyev

baxılma sayı: 1417