İmam Hüseynin (ə) ərbəini və möminin 5 əlamətindən biri

 Ərbəin - yəni İmam Hüseynin (ə) şəhid olduğu gündən 40 gün keçmiş deməkdir. Bəs niyə ancaq İmam Hüseynin (ə) ərbəini qeyd edilir, ancaq başqa İmamların (ə) yox?

Bunun üçün bəzi məsələlərə diqqət edək:

 

1. İmam Hüseynin (ə) fədakarlığı İslam dinini dirçəltdi. İslam dinini ayaqda saxlamaqda onun rolu əvəzsiz olmuşdur. Bu fədakarlıqlar qarşısında gərək canlı saxlanılsın. Aşuranı və Ərbəini canlı saxlamaq - həqiqətdə İslam dinini canlı saxlamaq deməkdir. Din düşmənləri ilə mübarizə aparmaq deməkdir.

 

2. Həzrət İmam Hüseyn (ə) müsibəti bütün müsibətlərdən ağır və dəhşətli idi. Əgər başqa amil də olmasaydı, bu amil kifayət edərdi. Məhz buna görə biz İmam (ə) üçün əzadarlıq məclisləri təşkil edirik. Bu əzadarlıq mərasimləri bütünlükdə Əhli-beytin (ə) müsibətini simvolizə edir.

 

3. Aşura günü İmamın (ə) övladlarını, özünü və dostlarını öldürürlər. Kərbəla əsirlərini Kufəyə və Şama aparırlar. İmamın (ə) şəhadətinin 40-cı günündə bu dağ görmüş əsirlər Kərbəlaya çatırlar və Aşura gününün müsibəti yenilənir. Bu gün Peyğəmbər (s) nəsli üçün ağır gün idi.

 

4. İslamın düşmənləri İmam Hüseyni (ə) qətl edərək, İslam dinini məhv etmək istəyirdilər. İmam Hüseynin (ə) düşmənləri çalışırdılar ki, Kərbəla hadisəsi zehinlərdən silinsin. Hətta İmamı (ə) ziyarət etməyə gələnlərə işgəncə verirdilər. Mütəvəkkil Abbasınin (lən) dövründə bütün Kərbəla qəbirləri dağıdıldı və şumlandı. Oranı tarlaya çevirdilər ki, ziyarətə heç kim gəlməsin. Əhli-beyt (ə) davamçıları da bunun qarşısını almaq üçün əllərindən gələni etdilər. Ərbəin də həmin yaşatma fenomenlərindən biridir.

 

5. Möminin nişanələrindən biri İmam Hüseyni (ə) Ərbəin günü ziyarət etməkdir. İmam Həsən Əsgəridən (ə) nəql edilir ki: “Möminin beş əlaməti vardır: 51 rükət vacib və nafilə namazları, ziyarəti-ərbəin, üzüyü sağ ələ taxmaq, səcdəyə gedən zaman alnı torpağa qoymaq və “Bismillahı” yüksək səslə deməkdir”. Əziz İmam (ə) möminin nişanələrindən birinin ərbəin ziyarəti olduğunu vurgulayır.

 

Beləliklə deyə bilərik ki, İmamın (ə) şəhadəti olmasaydı, İslam dini əldən gedər və məhv olardı. Məhz İmamın (ə) bu şəhadəti dinimizi dirçəltdi və ayaqda saxladı. Onun çəkdiyi müsibətləri heç bir xalq yer üzündə çəkmədiyinə görə, ona əzadarlıq keçiririk və Ərbəin gününü qeyd edərək, İslam dininin düşmənlərinə qarşı çıxır və bu günü unutmadığımızı bütün bəşərə elan edirik. deyerler.

baxılma sayı: 308