Hər namazdan sonra 3 dəfə Allahu-Əkbər deməyin hikməti nədir?

  Həmçinin İslam alimləri Allahu-Əkbər kəlməsini bir İslami şüar bilmişlər. Bu səbəbdən Allahu-Əkbərlə başlayan namazı, bu şüarla bitirməyi müstəhəb bilmişlər.

İslaminSesi.info – İslam dini hər bir sahədə insana nizamlı və səliqəli yaşamağı öyrədir. Bunun göstəricisi budur ki, İslam dini insanın hər bir sahədəki əməl və rəftarı barədə öz sözünü deyib.
 
 İslam insanın əməllərini 5 qismə: vacib, haram, mübah, məhkuh və müstəhəb qismlərə ayırır. Müstəhəb əməlləi etməkdə insan ixtiyar sahibidir, lakin bu işləri yerinə yetirərsə Allah tərəfindən savabı vardır.

  Hər bir namazı bitirdikdən sonra əlləri qaldırıb 3 dəfə Allahu-Əkbər demək də bu növ müstəhəb əməllərdəndir. İslam alimləri (mərcəi təqlidlər) bu əməli müstəhəb hesab etmişlər.
 Hədislərdə bu əməlin əhəmiyyəti, hikməti və savab olması barədə İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur:
 
“Allahın Rəsulu (s) Məkkəni fəth etdikdə səhabələri ilə birgə, Həcərul-əsvədin yanında camaat namazı qıldı. Həzrət namazı qurtaran kimi, namazın salamlarından dərhal sonra əllərini 3 dəfə qaldırdı və hər dəfəsində təkbir dedi və sonra dua oxudu. Sonra üzünü əshabına tutub buyurdu: -Bu dua və təkbirləri vacib namazlardan sonra tərk etməyin. Beləki bu dua və təkbirlər Allah Təalanın müsəlmanlara kafirlər üzərində verdiyi qələbəyə şükranlıq nişanəsidir. “  (Vəsailuş-şiə 6/452)

  Həmçinin İslam alimləri Allahu-Əkbər kəlməsini bir İslami şüar bilmişlər. Bu səbəbdən Allahu-Əkbərlə başlayan namazı, bu şüarla bitirməyi müstəhəb bilmişlər.
  
  Bəzi dini mənbələrdə, hətta deyilən hər bir təkbir üçün məna da ifadə edilmiş və hər bir təkbirin bir ilahi tohidə dəlalət etdiyini qeyd etmişlər. Beləki namaz qılan təkbirlə Allahın əməli tovidinə, zatı tohidinə və Allahın ad və sifətlərinə şəhadət vermiş olur.
  
 Mərhum İmam Xomeyni (r) bu üç təkbiri belə mənalandırıb: “Bunlar bir bəndənin, yaradan Mütəal Allah qarşısında öz zəlilliyini, nöqsanını, acizliyini, günahlarını etiraf etməsi mənasındadır.”(Adabe namaz)/Yaşar Nuriyev

baxılma sayı: 210