.600 min kəlmənin 6 kəlmədə cəmi

Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! 600 min qoyunu istəyirsən, ya 600 dinarı istəyirsən, yoxsa 600 min sözü?”.

İmam (ə) buyurur: “600 min sözü istəyirəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əlican! Mən 600 min kəlməni 6 kəlmədə cəm etmişəm.

1. O zaman ki, insanların sənin fəzilətinlə məşğul olduğunu görərsən, vacibatınla məşğul ol.

2. O zaman görsən ki, insanlar dünya əməli ilə məşğuldurlar, sən axirət əməli ilə məşğul ol.

3. O zaman görsən ki, insanlar bir-birinin eybini tutmaqla məşğuldurlar, sən öz eybinlə məşğul ol.

4. O zaman görsən ki, insanlar dünya zinəti ilə məşğuldurlar, sən axirət zinəti ilə məşğul ol.

5. O zaman görsən ki, insanlar ibadət əməlinin çoxluğu ilə məşğuldurlar, sən əməlin həqiqəti ilə məşğul ol.

6. O zaman görsən ki, insanlar bir-birinin ətəyindən tutmaq, onun və bunun evinin qapısına təvəssül etməklə məşğuldurlar, sən Xaliqə təvəssül et. 

Əgər insan Allah Təalanı buraxarsa və başqalarına təvəssül edərsə, Allah da onu buraxar. Əgər Sübhan Allaha itaət olunarsa, Allah hamını onun mütisi qərar verər”.

“Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal». Lakin şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı”. (“Yusif” 42)

baxılma sayı: 34