Namaz əsnasında səcdə ayəsi eşidən şəxs nə etməlidir?

  Quranda 4 səcdə ayəsi vardır ki, bunları eşitdikdə səcdə etmək vacib olur.

İslaminSesi.info - Quranda 4 səcdə ayəsi vardır ki, bunları eşitdikdə səcdə etmək vacib olur.
 
İnsan hər vaxt istəsə rəbbinə səcdə edə bilər. Bunun üçün xüsusi bir vaxta ehtiyac yoxdur. Hətta hədislərdə səcdə insanın rəbbinə ən yaxın halı hesab olunur. Bu mənəvi mənadadır.  Yəni insan Allah qarşısında təvazökarlıq  edərək öz başını (yəni əza baxımından yüsək olan, beyin mərkəzi olan, əql və düşüncə mərkəzini), yəni bütün varlığını Allah qarşısında əyərək yerə qoymaqdır. Bu vəziyyət mənəviyyat baxımından bəndənin  Allaha ən yaxın halı hesab olunur.

 Səcdə namazda vacib olur, bir də yalnız Quran Kərimdə 4 ədəd vacibi səcdə ayələrini oxuduqdan və ya eşitdikdən sonra vacib olur. Beləki insan bu ayələri oxuduqda və eşitdikdə gərək səcdəyə getsin.

 Bunlar: 
Ələq surəsi-19
Səcdə surəsi-15
Fussilət- 37
Nəcm- 62

 Qeyd olunan bu ayələri kamil şəkildə eşitdikdə həmin şəxsə səcdə etmək vacib olur. İnsan gərək səvdəyə getsin. Bu zaman səcdənin xüsusi zikri yoxdur. İstədiyi zikri deyə bilər.

 Bəs namaz əsnasında bu ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir?

 “Hawzahnews” saytı bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına elektron sual ünvanlayıb:

 SUAL: Namaz əsnasında səcdə ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir?
 
 CAVAB: Bu zaman onun namazı səhihdir (düzdür). Bu zaman bu ayələri eşidənə səcdəyə getmək əvəzinə işarə ilə yerinə yetirmək vacib olur.  (Yəni başı, gözü ilə səcdəyə gedirmişkimi işarə etsin, ürəyindən keçirsin). Yaşar Nuriyev

baxılma sayı: 226