Özümüzü Allah qonaqlığı üçün necə hazırlayaq?

Bildiyimiz kimi, Şəban ayından sonra gələn ay – müqəddəs Ramazan ayıdır. Ramazan ayı – Allah qonaqlığı ayıdır. Bu ayda Allah bəndələrini Öz İlahi süfrəsinə dəvət edər və onlara İlahi ziyafət verər.

Müqəddəs ay gəlməzdən əvvəl bəndələr özlərini ona hazır etməlidirlər. Necə ki, qonaq getməzdən əvvəl insanlar paltarlarını dəyişib təmiz paltar geyinərlər, saçlarına, başlarına əl gəzdirərlər, hədiyyə alarlar – eləcə də bu ay gəlməzdən əvvəl biz Allah bəndələri özümüzü həmin ay üçün hazır etməliyik.

Biz günah libasını çıxardıb paklıq libasını geyinməli, tövbə edib, bağışlanmış halda bu aya daxil olmalıyıq. Necə ki, İmam Rza (ə) Əba Səlata məsləhət görür ki, əgər Şəban ayında tövbə etməyibdirsə, heç olmasa qalan sön günlərini qənimət bilib, həm tövbə etsin və həm də oruc tutmağa çalışsın.

İmam Baqir (ə) buyurur: “Ey Əba Səlat! Şəban ayının çox hissəsi keçmişdir və bu cümə - onun axırıncısıdır. Ona görə də bu ayda yerinə yetirməli olduğun xeyir əməllərdə ki, səhlənkarlıq etmisən, qalan günlərində onu yerinə yetirməyə çalış. Duanı, istiğfarı və Quran tilavətini çox et.

Günahlarından və itaətsizliklərindən Allaha tərəf qayıt və tövbə et. Bu ayın qalmış günlərində bu zikri çoxlu de:


«اللَّهُمَّ إِنْ لَمْ تَکُنْ قَدْ غَفَرْتَ لَنَا فِی مَا مَضَی مِنْ
شَعْبَانَ فَاغْفِرْ لَنَا فِیمَا بَقِیَ مِنْهُ»

 

(Yəni, Allahım, Əgər bu ayda indiyə qədər bizi bağışlamamısansa, Səndən istəyirəm ki, bu ayın qalmış günlərində bizi bağışlayasan).

Bu İlahi qonaqlığa apacağımız hədiyyə isə dualarımız, saleh əməllərimiz olacaqdır. Səxavət, yoxsullara dəstək olmaq, ehtiyacı olanların ehtiyacını aradan qaldırmaq kimi saleh əməllər – bu qonaqlığın bərəkətlərindəndir.

Çalışaq qalan günləri qənimət bilək və özümüzü İlahi ziyafətə hazır edək./Deyerler.

baxılma sayı: 81