“Xüsusi möcüzəvi təsirə malik olan bu 4 ayəni mütəmadi zikr edin”

Qısa və böyük təsirə malik olan bu 4 Quran ayəsini hər zaman zikr edək!

İslaminSesi.info - Həmd və sitayiş yalnız Mütəal Allaha məxsusdur. Allaha həmd və səna etməyin, zikr etməyin bir neçə yolu vardır ki, bunlardan dil və qəlb zikrlərini qeyd etmək olar.


Qəlb şükrü insanın qəlbən dərk edib, tam qəlbi ilə şükr etməsindən ibarətdir. Dil zikri isə dillə deyilən ayə və zikrlərdir.


Ayə və hədislərə, həmçinin sağlam əqlə əsasən ən üstün zikr qəlbdən nəşət tapan və dillə izhar olan zikrdir.

 

Qurani Kərim yol göstərən və hidayət edən kitab olaraq zikr və dualarla zəngindir. Bu zənginliklərdən biri də insana şükr etməyi, düzgün etiqad öyrənməyi, günahlarını, acızliyini etiraf etməyi, Allaha sığınmağı təvəkkül etməyi öyrədən ayələrdir. Müqəddəs Quran ayələri insanı öyrətməklə yanaşı həm də böyük müsbət mənəvi təsirə və auraya malikdir.


Böyük əxlaq ustadı Fatimi Niya öz söhbətlərinin birində qeyd edir ki, insan həyatında möcüzəvi təsirə malik olan bu 4 ayəni zikr etməyi tərk etməyin. Mütəmadi olaraq bu bu ayələri zikr edin:

 

حسبنا الله و نعم الوکیل
Həs-bunəl-lahu və ni-məl vəkil 
Allah bizə kifayətdir və O, nə yaxşı vəkildir.

 

لا اله الا انت سبحانک انی کنت من الظالمین
La ilahə illa əntə sübhanəkə İnnii kuntu minəz-zalimin.
(Allahım) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)!


افوض امری الی الله ان الله بصیربالعباد 
Ufəv-vizu əmrii iləl-lah. İnnəllahə bəsirun bil ibad. 
İşlərimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrinin (halını) görəndir.

 

ماشاالله لا حول ولا قوه الا بالله
Ma-şaallah. La hovlə və la qüvvətə illa billah.
Maşallah (Allahın istədiyi kimi oldu), qüvvət (və qüdrət) yalnız Allaha məxsusdur!

 

Quranın hər bir kəlməsi ilahi möcüzə və rəhmətdir. Lakin elə ayələr vardır ki, onların özünə məxsus xüsusi müsbət təsir və aurası vardır.|Yaşar Nuriyev

baxılma sayı: 370