Yəhya ibn Zəkəriyyə (ə) Bəni-İsrailə Allahdan gələn 5 əmri çatdırdı?

Yəhya ibn Zəkəriyyə (ə) bir gün yəhudilərin cəmləşdiyi ibadətgaha gedib Bəni İsrailə belə buyurdu:

Allah-Taala mənə 5 kəlməni (əmri) bağışladı və sizdən də buna əməl etməyi tələb edir:
1.  Allaha heç bir şeyi şərik qoşmadan ibadət edəcəksiniz.

Allaha şərik qoşanın misalı halal malından qızıl və ya gümüş ödəyib özünə bir kölə alan, sonra onu bir evə yerləşdirən adamın misalına bənzəyir. Adam köləsinə: "İşlə və qazancını mənə ver!” – deyə tapşırıq verir. Köləsi işləyib qazancını öz ağasına deyil, başqasına verir. Sizdən hansınız öz köləsinin belə etməsindən razı qalar?! Allah sizi yaradıb və sizə ruzi verib. Elə isə siz də Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın”.
2. Allah sizə namaz qılmağı əmr edir.

Namaza durduqda üzünüzü kənara çevirməyin, çünki bəndə üzünü çevirmədikcə Allah üzünü bəndəsinə tərəf tutur.
3. Allah sizə oruc tutmağı əmr edir.

Bunun misalı bir dəstə adamın yanında olan kisəciyin içindəki müşk ətirinin misalına bənzəyir. Belə ki, onların hamısı ətirin iyini hiss edir. Oruc tutanın ağzından gələn qoxu, Allah dərgahında müşkdən daha xoşdur.
4. Allah sizə sədəqə verməyi əmr edir.

Bunun misalı düşmənə əsir düşmüş bir adamın misalına bənzəyir. Onlar onun əllərini boğazına bağlayıb boynunu vurmaq üçün aparanda o belə deyir: "Əgər istəyirsinizsə, mən öz canımın muqabilində sizə mal-dövlət verim? O, canını xilas etmək üçün malından keçir vəsonda özünü xilas edir.
5. Allah sizə Onu çox zikr etməyi əmr edir.

 Bunun misalı isə duşmənin sürətlə izinə düşüb axtardığı adamın misalına bənzəyir. O gəlib bir qalada sığınacaq tapır və orada qorunur. Bəndə də Uca Allahı zikr etdikcə, şeytandan qorunmuş olur”. ixlas.

baxılma sayı: 283