Dinlə bağlı 5 sual ve cavabları..!

1.Sual: "Qiyamet günü dəvə iynənin gözündən keçəcək” deyiminin mənası nədir?

Cavab: . Qiyamət günü dəvə iynənin gözündən keçmək məsələsi belədir. Uca Allah Qurani-Kərimdə buyurur ki, dəvə iynənin gözündən keçənədək kafirlər cənnətə girməyəcəklər. Məsələ ayədə belə izah olunur. Bununla Uca Allah bildirmək istəyir ki, kafirlər cənnətə girməyəcəklər. Bunu Uca Allah kafirlərə misal çəkir.

2.Sual: Qəlyan çəkmək haramdırmı?

Cavab: Qəlyan çəkmək , siqarə hökmünə daxildir.Siqarət çəkməkdə əlbəttə ki insana zərəri varsa haramdır.
Müsəlman çalışmalıdır ki, faydasız işlərdən çəkinsin.
Peyğəmbərimiz(s.a.a.v) buyurmuşdur:
"Hər bir insan hansı əməl üzərində ölsə axirətdə o əməl üzərinə diriləcəkdir.
Bir anlığına düşün ki, qəlyan və ya siqrət çəkərkən bu dünyadan köçmüsən və qiyamət günü Allah dərgahına siqarət və qəlyanla gəlirsən.
O zaman nə edərsən!!!!!?


3.Sual: Valideynlere din movzusunda qarsi cixmag olar?

Cavab: Valideynlərlə həmişə yaxşı rəftar etmək bizim borcumuzdur.
Amma valideyn sənə ibadət etməyi qadağan edərsə, biz bu vaxtı ibadəti yerinə yetirməliyik.Çünki ibadət Allahın haqqıdır.Amma yenədə həmişə diqqətli olmalıyıq.Hikmətlə və səbrlə valideynlərə başa salmalıyıq.

4.Sual: Qəbiristanlıq dəvə, mal-qara və keçi, maşınlar üçün keçid yoluna çevrilib. Hətta bundan dəhşətlisi budur ki, insanlardan bəziləri qəbirlərin üstündə ev inşa etmək doğrudur?

Cavab: Bu cür etmək icazəli deyil. Çünki, nə qədər ki, ölünün hər hansı qalığı hələ də ordadır hər hansı bir şəkildə qəbirlərə müdaxilə etmək icazəli deyil. Ölülərin toxunulmazlığı dirilərin toxunulmazlığı kimidir. Odur ki, qəbirlərə qarşı hər hansı şəkildə hörmətsizlik etmək qadağandır, istər onların üstünə çıxmaq, qəbiristanlıqdan keçid yol kimi istifadə etmək, qəbiristanlıqda namaz qılmaq olsun, istərsə də qəbiristanlığı insanların müəyyən yaşayış məskəninə çevirmək olsun fərq etməz. Bunlardan heç biri icazəli deyil. Qəbirdə dəfn olunanlar toz-torpağa çevrilib onların cəsədlərindən heç bir şey qalmayıbsa bu istisnadır.

5.Sual: Qadının bədən əzalarını göstərən nazik və ya dar paltarlar geyinməsi ilə əlaqədar qaydalar nədir?

Cavab: Qadının dərisinin rəngini göstərəcək qədər nazik paltar geyinməməlidir.Həmçinin,qadının paltarından onun bədən əzaları görünməməlidir. Çünki Peyğəmbərimiz Məhəmməd (s.a.a.v) buyurmuşdur:( iki insan cəhənnəm odunda yanacaq: Birincisi geyimli halda çılpaq sayılan və yeriyərkən sağrılarını dəvənin belindəki hörgülər kimi yellədən qadınlar.Onlar cənnət üzü görməyəcək..Ikincisi əlində inəyin quyruğuna bənzəyən qamçı ilə ALLAHın qullarını döyən kişilər.

baxılma sayı: 167