Quranı baş üzərinə qoyaraq deyilən “Bikə Ya Allah” zikrinin misilsiz təsiri

Belə bir fəzilətli əməli tərk etməyək.

 

İslaminSesi.info - Başa Quran qoymaq mərasiminin hədis qaynaqlarında sənəd və mətni 

 

Şiənin dörd mühüm hədis kitabından ikisinin ("Təhzib" və "İstibsar") müəllifi olan Şeyx Əbu Cəfər Tusinin (383-460 hq) "Əl-Əmali" kitabında nəql edilir - (s.292, hədis: 14-567):

 


Əbu Məhəmməd Fəhham dedi: Əbulhəsən Məhəmməd ibn Əhməd Haşimi Mənsuri "Samerra" şəhərində mənə xəbər verdi ki, Əbu Səriyyə Səhl ibn Yəqub ibn İshaq (Samerra şəhərinin "Səffi şənif" məscidinin azançısı) 298-ci ildə Həsən ibn Əbdullah ibn Mütəhhərdən və o da Məhəmməd ibn Süleyman Deyləmidən və o da atasından belə rəvayət edib ki, günlərin birində bir kişi İmam Sadiqin (ə) yanına gələrək dedi: "Ey mənim ağam, Sənə ödəyə bilmədiyim borcdan və mənə zülm və zorakılıq edən sultandan şikayətçiyəm. İstəyirəm mənə bir dua öyrədəsən ki, onunla borcumu ödəmək üçün qazanc ələ gətirim və sultanın zülmündən qurtarım".


İmam Sadiq (ə) o kişiyə buyurdu: "Gecə düşdüyündə iki rəkət namaz qıl. Birinci rükətdə "Fatihə surəsi" və "Ayətəl-kürsi" oxu. İkinci rükətdə "Fatihə" surəsi və "Həşr" surəsini 21-ci ayəsindən - «لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى جَبَلٍ» - sonadək oxu. Namazdan sonra Quranı başının üzərinə qoy və de: "(İlahi) Səni and verirəm bu Qurana və bu Quranı göndərdiyin kəsin haqqına, (bu kitabdakı ayələrin haqqına), Quranda təriflədiyin bütün möminlərin haqqına, Sənin onların üzərində olan Haqqına ki, Sənin Haqqını Səndən yaxşı tanıyan yoxdur!

Ya Seyyidi! (Ey Mənim Ağam – 3 dəfə)!

Ya Allah (10 dəfə). 


Bikə Ya Allah (Səni Özünə and verirəm ey Allah). – (10 dəfə). 
Ya Muhəmməd (10 dəfə)... 
Ya Əli
Ya Fatimə
Ya Həsən
Ya Hüseyn
Ya Əli bin Hüseyn
Ya Muhəmməd bin Əli
Ya Cəfər bin Muhəmməd
Ya Musa bin Cəfər
Ya Əli bin Musa
Ya Muhəmməd bin Əli
Ya Əli bin Muhəmməd
Ya Həsən bin Əli
Ya Hüccətu!" - Sonra Allah-Taaladan hacətini istə".

Həmin kişi neçə gündən sonra qayıtdı ki, borcunu ödəmiş, sultanla arasında sülh yaranmış və işlərində rifah hasil olmuşdu". 

Qeyd: İmam Musa Kazimdən (ə) nəql edilən başqa rəvayətdə "Bikə Ya Allah"dan sonra "ya Muhəmməd" deyil, "bi Muhəmmədin", "bi Əliyyin" ... rəvayət edilmişdir. 


Həmçinin bu hədisdə deyilir ki, imamların adın hər kəs öz zamanın İmamına qədər desin. Yəni İmam Rza (ə) zamanında bu duanı oxuyanlar İmam Rzaya (ə) qədər and verirmişlər. Buna görə də ehtimal olunur ki, Şeyx Tusi sonrakı İmamları özü duaya əlavə etmişdir ki, duanı oxumaq möminlər üçün rahat olsun.

 

 ("İqbalul-əmal", Seyid Tavus, 1/187 (346); "Əl-İnsaf fin-nəssi əla əimmətil-əthar", Seyid Haşım Bəhrani, s.486; "Biharul-Ənvar", Əllamə Məclisi, 88/346; 89/112; 95/146; "Vəsailuş-şiə", Hürr Amuli, 8/135)

/Mirməhəmməd Bəşir (ilahiyyatçı)

baxılma sayı: 114