Ən çətin anlarında insanın dadına yetişə biləcək Quran munacatı

  Qurani Kərim elm və bilik kitabı olmaqla yanaşı həm də möminlər üçün rəhmət və şəfa mənbəyidir. (İsra-44)

 

İslaminSesi.info – Qurani Kərim insana elm, şəriət, etiqad öyrətməklə yanaşı insana ədəb və mərifət də öyrədir. Quranın insana öyrətdiyi agahlıq və mərifətinin bir hissəsi də dua ayələrinin payına düşür.

 

Dua öz-özlüyündə bir etiqad və inancdır. Çünki dua insanın idrakının, qəlbinin və dilinin birgə ərsəyə gədirdiyi bir təsdiqdir. İnsan rəbbinə dua etməklə Onu təsdiq edir və Onun qüdrət sahibi olduğunu etiraf edir.

 

Quran ayələri bütövlükdə rəhmət və şəfadır: Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik- (İsra-44).

 
Hər bir ayənin özünə məxsus mənəvi təsiri vardır. Həhl surəsinin 62-ci ayəsi də bu qism ayələrdəndir ki, həm insanı dərin etiqada, ilahı maarifə dəvət edir, həm də bunlarla çətinliklər zamanı oxunması tövsiyə olunur. Bunu ayənin öz məzmunu də əks etirir:

 
(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona (Allaha) dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?

 
أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ

 Əm-mən yucibul-muztərra izəə dəaahu və yəkşifus-suuə və yəcəlukum xuləfə-əl-ərz. Ə ilahun məəl-lah. Qəliləm ma təzəkkərun.

 

Zikr olunan bu ayə əsasən müşküllərin, çətinliklərin həllində çox təsirlidir. Mirzə Cavad Mələki Təbrizi “Muraqibat” əsərində yazır ki: Yaxşı olar ki, insan çətinliklər və müşküllərlə üzləşdikdə bu şərif ayəni oxusun.

 

Həmçinin İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə ayənin əzəmətinə və oxunmasının əhəmiyyətinə işarə edilərək buyrulur: İmam Sadiq (ə) buyurdu:

 

“Bu ayə Qaim İmam (ə.f) barədə nazil olub. Allaha and olsun darda qalan odur! O (ə.f), İbrahim məqamında 2 rəkət namaz qılar və əllərini Allah dərgahına qaldırar və Mütəal Allah da onun (ə.f) duasın qəbul edər və narahatlıqları ondan uzaqlaşdırar və onun xilafətini yer üzündə bərqərar edər.” 

(Qumi təfsiri. Cild-2. Səh-129)/Yaşar Nuriyev

 

baxılma sayı: 109