Namazın sonunda salamın deyilməsinin hikməti

Böyük İslam alimləri namazın salamı ilə bağlı da bir mühüm nöqtəyə toxunur. Biz namazın sonunda salamlar veririk. Yəni, namazda da salam axırda verilir. Namazda salamın axırda verilməsi ilə bağlı çox maraqlı bir izah mövcuddur. Bir mömin namaza başladığı zaman, Allahı zikr etməklə məşğul olmağa başlanğıc verir. Bu zaman həmin mömin İlahi cəhət tapır. Bu dünyadan və onun içindəkilərindən qırılır. Namazın mahiyyəti ondan ibarətdir ki, insan gərək Allahı zikr etməklə məşğul olsun. Namaz – Allahla rabitənin, Allahla bağlantının ortalığa gəlməsidir. Və əgər biz, namaz zamanı Allahla bağlantı tapsaq, bütün ruhiyyəmiz İlahi cəhət tapar.

 

Namazın sonunda insan o zaman ki, Allahla rabitəni başa vurur və yenidən bu dünyaya geriyə qayıdır, sanki bu dünyaya daxil olmanın başlanğıcında salam deyir. Yəni, bizim namazın yekununda verdiyimiz salam – namaz vaxtı qalxdığımız İlahi mələkut yüksəlişindən qayıdışımızın bildiricisidir.

Namazın sonunda dediyimiz salam – bizim yenidən dünyaya qayıtmağımızın bildiricisidir. Namazı yekunlaşdırdıqdan sonra biz maddi dünyaya qayıdırıq və bu salam – maddi dünyanın başlanğıcıdır. Başlanğıc, əvvəl olduğu üçün salam veririk. Əslində insan namazdan sonra maddi dünyaya enişində, maddi dünyaya daxil olarkən salam deyir.

 

Salam özü – Uca Allahın adlarından biridir. Namazda biz yuxarı qalxırıq, səfər gedirik, yüksəlirik. Əgər təbii ki, həmin namazı namaz olaraq qılsaq, Rəbbimizə doğru uçuşumuz olar. Bu halda biz maddi dünyadan qırılırıq. Və yenidən həmin dünyaya qayıdanda, maddi dünyanın başlanğıcında Allahın həmin o adını – salamı deyirik.

 

baxılma sayı: 114