Əlvida yox, hələlik, ey mübarək Ramazan ayı!

“Zadul-məad” kitabında Cabir ibni Abdullahdan nəql olunur ki, Ramazan ayının sonuncu cümə günündə Həzrət Peyğəmbərin (s) hüzuruna getdim. O Həzrət (s) məni gördükdə buyurdu: “Bu mübarək Ramazan ayının sonuncu cümə günüdür. Beləliklə, onunla vidalaşıb belə de: “Əlləhummə la təc`əlhu axirəl əhdi min sayamina iyyahu fəin cəəltəhu fəcəlni mərhumən və la təcəlni məhruma”. Çünki bu gündə bu duanı oxuyan hər bir şəxs iki xüsusiyyətdən birinə nail olar. Belə ki, ya növbəti Ramazan ayını dərk edər, yaxud da Allahın nəhayətsiz əfvi rəhmətinə nail olar.

Allah bizləri Ramazan ayını dərk edənlərdən qərar versin!

Gələcək mübarək Ramazana qovuşmaq arzusu ilə. Əlvida yox, hələlik, ey mübarək Ramazan ayı!/Deyerler.

 

baxılma sayı: 135