Malınızın zəkatını verin ki, namazınız qəbul olunsun – Məsumların (ə) buyuruşu

İmam Rza (ə) buyurur: “Allah namazla zəkatı bir yerdə əmr etmişdir. Ona görə də o kəs ki, namaz qılar və zəkatını verməz, namazı qəbul olmayacaqdır”.

İmam Əli (ə) buyurur: “Həqiqətən, zəkatı (vermək) Allah qəzəbinin (atəşini) söndürər”.

İmam Baqir (ə) buyurur: “Allah zəkatı namazla birlikdə vacib etmişdir”.

İmam Sadiq (ə) buyurur: “Zəkat sizə vacib olmuşdur, necə ki, namaz sizə vacib olmuşdur. Ona görə də malınızın zəkatını verin ki, namazınız qəbul olunsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bu insanlar içərisindən on dəstəsi Allaha küfr etmişdir... (Onlardan biri o) kəsdir ki, zəkatı ödəməyə mane olar”.

İmam Əli (ə) buyurur: “Ey övladlarım! Sizə vəsiyyət edirəm: namazı əvvəl vaxtda qılmağı, zəkatı əhlinə (ödəməyi)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Zəkatı ödəyin. Əgər bu işi görməsəniz, qəhətliyə giriftar olarsınız”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən səxavətli insan o kəsdir ki, malının zəkatını verər. Ən simic insan o kəsdir ki, Allahın ona vacib buyurduğunu ödəməkdən imtina edər”.

İmam Əli (ə) buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, zəkat – İslamın körpüsüdür. Hər kim onu ödəyər, körpüdən keçər. Hər kim onu ödəməz, körpünün üstündə qalar”.

baxılma sayı: 57