İmam Səccadın (ə) mübarək Ramazan ayı ilə vidalaşarkən oxuduğu duadan (azəri və rus dilində)

«…Əlvida, ey Allahın möhtəşəm ayı, Allaha yaxın olanların bayramı!

Əlvida, ey ən əziz anlar, ey bizim dostlarımız, sirdaşlarımız!

Əlvida, ey bütün günlərdən və saatlardan ən üstün olan ay!

Əlvida, ey arzuları müstəcab edən, ey Allah bəndələrinin gözəl əməlləri ilə dolu olan bir ay!

Əlvida, ey o dost ki, hüzuru insana qüdrət verdiyi kimi, onunla ayrılıq da sonsuz iztirablara səbəb olur! Ey o ümid ki, onunla ayrılıq insanı müdhiş əzablara mübtəla edir!

Əlvida, ey həmsöhbətimiz, ey sirdaşımız! Sənin gəlişin qəlbimizə sevinc və mütməinlik gətirmiş, gedişin isə qəlbimizə qorxu və məşəqqəti həkk edir!

Əlvida, ey əziz qonşu! Sən bizimlə olanda qəlbimiz xeyirxahlıqla dolu, günahlarımız isə cüzi idi!

Əlvida, ey iblislə (lən) mübarizədə bizim böyük dayağımız! Ey bizə xeyrin və üstün məqamın yolunu göstərən sirdaş!

Əlvida, ey mübarək Ramazan ayı! Nə qədər insan sənin sayəndə İlahi əzabdan nicat tapdı! Sənə ehtiram göstərən necə də bəxtəvərdir!

Əlvida, ey mübarək Ramazan ayı! Sən bizim əməl dəftərimizdən külli miqdarda günahları silib apardın və bizim çoxsaylı naqisliklərimizi ört-basdır etdin!

Əlvida, ey mübarək Ramazan ayı! Fəsad əhli üçün sən nə qədər də uzun çəkdin! Və möminlər üçün sənin əhəmiyyətin necə də misilsizdir!

Əlvida, ey o ay ki, ilin heç bir ayı səninlə müqayisə edilə bilməz!

Əlvida, ey əmin-amanlıq və rifah ayı!

Əlvida, ey mübarək Ramazan ayı! Sən bizə bol nemət bəxş etdin və bizi günahlardan pakladın!

Əlvida! Biz gəlişindən əvvəl sənə şad idik və ayrılıq anı yetişməmişdən öncə qüssəyə qərq oluruq.

Əlvida, ey Ramazan ayı! Sənin gəlişinlə biz bir çox fəlakətlərdən qurtulduq və bir çox nemətlərə yetişdik!

Əlvida, ey Ramazan ayı! Əlvida, ey 1000 aydan üstün olan Qədr gecəsi!

Əlvida, ey mübarək Ramazan ayı! Dünən, sən bizimlə olan zaman, biz sənin qalmağına ehtiyaclı idik. Sabah, sən bizdən ayrılan zaman, bizim qəlbimizdə sənə qovuşmağa can atmaq şöləsi alovlanacaqdır!

Əlvida, ey Ramazan ayı! Biz, artıq məhrum olduğumuz nemətlərinlə vidalaşırıq! Bu gün, bizi öncə qərq etdiyin nemətlərdən artıq məhrum oluruq!

İlahi, biz bu ayı tanıyırıq! O ayı ki, Sən onda bizə əzəmət və ləyaqət əta etmisən, ona görə oruc tutmaqda bizə yardım etmisən. Zalımlar isə bu ayın əzəmətini dərk etməkdən xali oldular və onun nemətlərindən bəhrələnməkdən məhrum olaraq, bədbəxt durumda qaldılar.

Allahım! Həzrət Muhəmmədə (s) və onun pak Əhli-Beytinə (ə) rəhmət nazil et! Və bizə elə bir mükafat əta et ki, bu ayda oruc tutan və Qiyamət gününədək Sənə ibadət edən bir şəxsin mükafatı mislində olsun!».

Из молитвы Имама Саджада (а), когда он прощался с благостным месяцем Рамазан:

«…До свидания, величайший месяц Аллаха, праздник, приближенных к Аллаху!

До свидания, самые дорогие минуты, наши собеседники и друзья! До свидания, наилучший месяц из всех дней и часов!

До свидания, месяц исполнения желаний, полных добрых деяний рабов Аллаха!

До свидания, друг, присутствие которого придает мощь, и разлука с которым усиливает страдание! О, надежда, разлука с которой мучительна для нас!

До свидания, наш собеседник! Твой приход приносит радость и покой в наши души, а твой уход оставляет в наших сердцах страх и муки.

До свидания, сосед! Пока ты был с нами, наши души были полны добротой, а наши грехи были ничтожны!

До свидания, наш помощник в борьбе с сатаной (прокл.) и собеседник, указавший нам путь добра и превосходства!

До свидания, месяц Рамазан! Как велико число тех, кого ты спас от Божьей кары! Как счастлив тот, кто отнесся к тебе с должным уважением!

До свидания, месяц Рамазан! Ты стер огромное число грехов из летописи нашей жизни и скрыл многие недостатки!

До свидания, месяц Рамазан! Как долго длился ты для грешников! Как велико твое значение для правоверных!

До свидания, месяц, с которым не может сравниться ни один из месяцев года!

До свидания, месяц покоя и благополучия!

До свидания, месяц Рамазан! Ты принес нам множество благ и очистил нас от грехов!

До свидания! Мы были рады тебе еще до твоего прихода и заранее огорчены твоим уходом!

До свидания, месяц Рамазан! С твоим приходом мы избежали множества бед и удостоились многих благ!

До свидания, месяц Рамазан! До свидания, ночь Гадр (предопределения), превосходящая тысячу месяцев!

До свидания, месяц Рамазан! Вчера, когда ты был с нами, мы нуждались в том, чтобы ты остался, а завтра, когда ты уйдешь, в наших сердцах зажжется пламя стремления к тебе!

До свидания, месяц Рамазан! Мы прощаемся с твоими благами, которых лишены сейчас. Сегодня мы утратили те милости, которыми ты одаривал нас прежде.

О, мой Аллах! Мы знакомы с этим месяцем. Месяцем, в котором Ты дал нам величие и достоинство, и благодаря которому Ты помог нам поститься, в то время как злые люди не познали его могущества и не удостоились его благ, оставшись несчастными.

О, мой Аллах! Благослови Святейшего Мухаммеда (с) и его Семейство (а) и определи нам награду, подобную награде того, кто постился в этом месяце и поклонялся Тебе до Судного Дня!».

baxılma sayı: 81