Uzun illər dəstəmazı səhv alaraq namazlarını qılan adamın səhvini başa düşəndən sonra keçmiş namazlarının hökmü nədir?

Cavab: Dəstəmaz namaz üçün əsas şərtlərdən biridir. Əgər dəstəmaz pozulursa, avtomatik olaraq namaz da batil olur. Dəstəmazı bir müddət səhv alan adam bunu biləndən sonra diqqət yetirməlidir ki, səhvi nədən ibarət olub; dəstəmazı batil edən səhv olub ya yox?

    Əgər dəstəmazı batil edəcək dərəcədə yanlışlıq olubsa, o halda qıldığı bütün namazları düzgün dəstəmazla yenidən qəza etməlidir. Əgər yanlışlıqlar dəstəmazı batil edəcək dərəcədə deyildisə, o halda namazlar düzgün sayılır. Dəstəmazı batil edən səhvlərə misal olaraq, məsələn, dəstəmaz əməllərinin ardıcıllığını pozmaq, qolları yuyandan sonra əlləri isladıb başa məsh çəkmək, yaş ayağın üzərinə məsh çəkmək, dəstəmaz üzvləri üzərində suyun yetişməsinə maneə mövcud olduğu halda dəstəmaz almaq və s.-ni göstərmək olar.

baxılma sayı: 35