Şəri terminlərdə olan ibadət və əməllərin yetirilməsində Cahili-qasir və cahili-müqəssir nə deməkdir?

Bunlar müəyyən səbəblər üzündən öz dini vəzifəsinə (təklifə) əməl etməyən şəxslərə aid olunan terminlərdir. Səbəbin üzürlü ya üzürsüz olmasından asılı olaraq, öz dini vəzifəsinə əməl etməyən adam cahil, yəni xəbərsiz sayılır. Amma əgər bunu üzürlü səbəbdən edirsə, ona cahili-qasir deyirlər. Məsələn, adam hər hansı yeməyin haram olduğunu bilmədən yeyir, bu barədə ona heç kim məlumat vermir, amma xəbər tutandan sonra bu işdən əl çəkir.

    Və ya 15 yaşından namaz qılmağın vacib olmasını bilmir, ona görə də namaz qılmır, amma bunu öyrənən kimi qılmadığı namazları qəza edir. Cahili-qasirin Allah yanında günahı yoxdur, bilməməzlik üzündən etdiyi günahlar da sayılmır.   

    Amma cahili-müqəssir o adama deyilir ki, öyrənib-bilməyə imkanı ola-ola öz dini vəzifəsini öyrənmir. Məsələn, bir əməlin günah olması barədə başqasından eşidir, amma özü araşdırmır və həmin günahı təkrar edir. Yaxud namazın düzgün qılınma qaydasıını kitablardan oxuyub öyrənmək imkanı ola-ola bunu etmir və səhv şəkildə namaz qılır. Bu cür adam Allah qarşısında məsuliyyət daşıyır, amma tövbə etməklə və səhv əməlini düzəltməklə öz günahını bağışlada bilər.

baxılma sayı: 66