Müsəlman olan şəxs bunu bilməlidir!

Əhkamn növləri


İslamda insanın hərbir əməlinin xüsusi hökmü var və bu hökümlər beş hissədən ibarətdir:
1. Vacib – Elə əməllərə deyilir ki, yerinə yetirilməsi vacib və tərk edilməsi əzabla nəticələnir.

2. Haram – Elə əməllərə deyilir ki, Onları tərk etmək mütləqdir, tərk etməməyin əzabi vardır.
Məsələn: İspirtli içmək.

3. Müstəhəb – Elə əməllərə deyilir ki, Onları yerinə yetitməyin savabı vardır amma tərk etməyin günahi yoxdur. Məsələn: Sədəqə vermək, gecə namazı qılmaq. Lakin müstəhəb əməlləri edən insanlarin imanı güclənər və şeytan omlara yaxın dura bilməz.

4. Məkruh – Elə əməllərə deyilir ki, Onları tərketməyin savabı vardır, amma tək etməməyin günahi yoxdur. Məsələn: qaynar su icmək, yeməyi üfürərək yemək.

5. Mübah – Elə əməllərə deyilir ki, onları tərk etməyin və ya yerinə yetirməyin nə savabı nə günahı var. Məsələn: yol getmək, oturub-durmaq.

KƏLMEYİ TEYYİBƏ


La ilahə illəllah.
Muhəmmədən Rəsulullah.
Əmirül mömininə Əliyyun Vəliyyullah, vəsiyyi rəsulillah. Bila fəsl.

Tərcüməsi:


Yeganə və misilsiz olan Allahdan başqa, heç bir məbud yoxdur
Həzrəti Mühəmməd ibni Əbdillah s.ə. Allahın peyğəmbəri elçisidir.
Həzrət Əli ə. Möminlərin əmiri, Allahın bütün
Məxluqat içərisində vəlisi, dostudur.

"Kəlmeyi şəhadət"


Əşhədu əlla ilahə illəllah
Əşhədu ənnə Muhəmmədən rəsulullah
Əşhədu ənnə əmirəl-mumininə Əliyyən vəliyyullah

ƏRKANİ DİN


Ərkani din ikidir.
1. Üsuli-din.
2. Fürui-din.
Üsuli-din kök və bünövrə mənziləsində, Fürui-din onun budaqları mənziləsindədir. Üsuli-dinin mənbəyi və məxəzi ağıldır. Fürui-dinin mənbəyi və məxəzi Qurandır.


ÜSULİ-DİN


Üsuli-din beşdir.
1. Tovhid - yəni Allah birdir, təkdir, yeganə Alla- hın varlığma inanmaq. 
2. Ədl - yəni Allah ədalətlidir, onun zülm və haqsız- lıqdan uzaq olduğuna inanmaq.
3. Nübüvvət - yəni birinci peyğəmbər Həzrət Adəm (ə.) sonuncu peyğəmbər Həzrət Mühəmmədə (s.) qədər insanlarm hidayəti, təkamülə çatması, habelə onlara haqq yolun göstərilməsi üçün göndərilmiş yüz iyirmi dörd min (124 min) peyğəmbərə inanmaq.
4. İmamət - yəni İslam Peyğəmbərinin (s.) haqq ca- nişinləri olan on iki (12) imama inanmaq.
5. Məad - yəni ölümdən sonrakı həyata - axirət aləminə, nizam-tərəziyə, sorğu-suala, qiyam-qiyamətə, cənnət və cəhənnəmə inanmaq.
Üsuli iman: üsuli iman ikidir. 1. Ədalət. 2. İmamət 


FÜRUİ-DİN


Fürui-din ondur.
1. NAMAZ - İslam dininin təməli namazdır. Hər müsəlman iyirmi dörd saat ərzində on yeddi (17) rəkət vacib namazı qılmalıdır.
Peyğəmbəri-Əkrəmin (s.) öz ümməti üçün gətirdiyi ilk vacib əməl namazdır. Bu əməl ölüm ayağına qədər insanın boynundan götürülməmiş və yetkinlik həddinə çatan hər bir kəs onu yerinə yetirməlidir.
2. ORUC - İslamın zəruri, vacib hökmlərindən biri Ramazan ayında oruc tutmaqdır. Oruc haqqında İslam Peyğəmbəri (s.) qısa cümlədə belə buyurmuşdur: «Oruc tutun ki, sağlam olasınız».
3. XUMS - hər bir müsəlman illik xərclərindən ar- tıq qalan hissəsinin beşdən birinin yarısmı yoxsul seyid- lərə, o biri yarısını isə İmama (ə.) və İmam (ə.) Qeybdə olduğu dövrdə isə müctəhidlərə verməlidir. 
4. ZƏKAT - İslam dininə görə 9 şeydən - arpa, buğda, xurma, kişmiş, dəvə, inək, qoyun, qızıl- gümüşdən (risalədə yazılmış şərtlərlə) zəkat verilməli- dir. Bu zəkat yoxsullara, məişətini təmin edə bilməyən- lərə və s. işlərə sərf olunur.
5. HƏCC - Özlərinin və ailələrinin xərcini ödəyən- dən sonra Məkkədə Allahın evini - Kəbəni ziyarət et- məyə imkanı olan şəxs həcc əməlini yerinə yetirməlidir (Bu əməl insana ömründə bir dəfə vacibdir).
6. CİHAD - Müsəlman şəxs dinini, namusunu hi- mayə edərək cihad vəzifəsini yerinə yetirməlidir.
7. ƏMR BE MƏRUF - Hər bir müsəlman öz ai- ləsini, din bacı-qardaşlarını vacib əməllərə, xeyir və bəyənilən işlərə dəvət etməlidir. Bu müqəddəs hökmün nəticəsində bütün fəsadlardan təmiz bir cəmiyyət yara- nar.
8. NƏHY ƏZ MÜNKƏR - hər bir müsəlman mə- nəviyyat, insani keyfiyyətlər və səciyyəvi xüsusiyyətlərlə dolu bir cəmiyyət yaratmaq üçün bacardığı qədər çalı- şıb, müqəddəs şəriətdə haram və qadağan olan əməllə- rin qarşısını almalı, insanları çirkinliklərdən çəkindir- məlidir.
9. TƏVƏLLA - Allahın dostları ilə dost olmaq.
10. TƏBƏRRA - Allahın düşmənləri ilə düşmən olmaq vacibdir.

HİCRİ QƏMƏRİ MÜSƏLMAN AYLARI:


1. Məhərrəm
2. Səfər
3. Rəbiül əvvəl
4. Rəbiül axir
5. Cəmadiül əvvəl 
6. Cəmadiül axir
7. Rəcəb
8. Şəban
9. Rəməzan
10. Şəvval
11. Zilqədə
12. Zilhiccə

baxılma sayı: 75