Əhli-Beytdən (ə) Quran oxumaq və öyrənmək barədə dəyərli sifariş

Quran öyrənmək zəruridir. Oxumağın da xüsusi mənəvi təsiri vardır.

  İslaminSesi.info – Qurani Kərim sonuncu səmavi dinin gətirdiyi kitab, Allahın bəşərə bəxş etiyi dəyərli bir xəzinədir.

Xəzinədir ona görə ki, bu ilahi kitab hökm və məlumat verməklə yanaşı həm də xüsusi ecazkarlığa, xüsusi mənəvi təsirə malikdir.

   Peyğəmbər (s) və imamlar (ə) tərəfindən dəfələrlə Quran öyrənmək və Quran oxumaq tövsiyə olunur. Hər kəs ərəb dilində bilməyə bilər, bunu üçün müxtəlif dillərdə tərcümələr mövcuddur. Lakin Quranın orjinal dildə, ərəb dilində oxunması heç də mümkünsüz deyildir. Quranın nazil olduğu şəkildə oxunmasının cox böyük nurani təsiri vardır. Hər bir müsəlman gün ərzində bu nuraniyyət çeşməsindən bəhrələnməli, oxumalıdır. Çünki Mütəal Allah bəndələri ilə Quran vasitəsi ilə danışır.

 

İmam Sadiq (ə) Quran oxumaq barədə buyurub: “Quran Allahın bəndələrinə əhdidir. Hər bir müsəlman şəxs gərək öz əhdinə diqqətli olsun və hər gün Qurandan 50 ayə oxusun”.

 

Həmçinin İmam (ə) Quran öyrənmək barədə buyurub: “Hər bir mömin gərək ya Quran öyrənən halda ölsün, yaxu da Quran öyrədən halda”.

 

İmam (ə) bu hədislə Quran öyrənməyin əhəmiyyətinə işarə edərək çatdırmaq istəyir ki, hər bir mömin bəndə ömrünün sonuna kimi Quran öyrənməklə və öyrətməklə məşğul olsun. Bunu özünə vəzifə bilsin. Günün bir qismini buna ayırsın/Yaşar Nuriyev

baxılma sayı: 93