Hər gün oxunması tövsiyə olunan çox mühüm bir dua – İlahi mərifət

Allaha peyğəmbərin (s) və imamın (ə) dili ilə dua edək. 

   İslaminSesi.info – Dua insanda İslam etiqadının əsaslarını möhkəmləndirən çox mühüm bir amildir. Çünki dua insanın daxili aləminin açılması, özünü görməsi, kiminlə ünsiyyət etməsini bilməkdir. Çünki dua edib istəmənin əsası dua mərifətinə sahib olmaqdan irəli gəlir. İnsan dua ilə həm özünü, həm də rəbbini tanıyır. İnsan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

 

Dua etmək insana agahlıq verməklə bərabər, onun qəlbini də işıqlandırır. Qəlbinə nur bəxş edir. İnsana Allah qatında dəyər qazandırır. Bu səbədən Quran: “De, əgər duanız (ibadət, istək) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?”  deyə buyurur. (Furqan-77)

 

Peyğəmər (s) və imamlardan (ə) hər gua etmək, rəbbi ilə ünsiyyət  qurmaq tövsiyə olunur. Xususən də mənəviyyat istəmək, fitnələrin çox olduğu bir vaxtda zəlalətə düşməməyi, zəmanə imamını tanımağı israrla istəmk tövsiyə olunur.

 

 İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə axir-zaman fitnələrindən amanda qalmaq, ilahi mərifətə sahib olmaq üçün bu duanın hər gün oxunması tövsiyə olunur:

 

اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ نَبِيَّكَ

 اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ

 اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي‏‏

 

Allahum ərrifni nəfsəkə. İn ləm tuərrifni nəfsəkə ləm ərif nəbiyyəkə.

Allahumə ərrifni rəsuləkə. İn ləm tuərrifni rəsuləkə ləm ərif huccətəkə.

Allahumə ərrifni huccətəkə. İn ləm tuərrifni huccətəkə zələltu an dini.

 

Allahım Özünü mənə tanıtdır. Əgər Öz mərifətini mənə nəsib etməsən Sənin Rəsulunu tanımaram.

Allahım Rəsulunu mənə tanıtdır. Əgər Rəsulunu tanımasam Sənin Höccətini tanımaram.

Allahım Höccətini mənə tanıtdır. Əgər Höccətini tanımasan dinimdə zəlalətə düşərəm.

 

Bu dua oxunması ən çox tövsiyə olunan dualardandır. Xüsusəndə zəmanə İmamını (ə.f) tanımaq, axir-zaman fitnələrinə uymamaq, ilahi mərifət əldə etmək üçün hər gün oxunması tövsiyə olunur.

(Usul Kafi, Biharul-Ənvar, Nəcmus-saqib)/Yaşar Nuriyev

baxılma sayı: 55