Müstəhəb əməllərin insana verdiyi 3 səmərə

Hər kim kamala çatmaq istəyirsə, gərək sacədə vacibatlarla kifayətlənməsin. O, gərək müstəhəblərə diqqət edib, məkruhlardan çəkinsin.

Müstəhəb əməllərə, nafilə namazlarına və müstəhəb zikrlərə əməl etmək insana 3 böyük fayda gətirər:

--1. Günahlarını məhz edər. “Yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114). Hədislərimiz buyurur ki, möminin gecə qıldığı namazlar, gündüz etdiyi günahlarını məhv edər. Çünki yaxşılıqlar pislikləri aradan aparar.

--2. Əgər vacibatlarda hansısa xataya düşübdürsə və ya qəflət edibdirsə, onların nöqsanlarını aradan aparar. Xüsusilə gündüzün və gecənin nafilələri. Müstəhəb oruclar isə Ramazan ayının naqis oruclarının nöqsanlarını aradan aparar. Sədəqə vermək boynuna düşən vacibatların çatışmazlıqlarını aradan aparar.

 

İmam Baqir (ə) buyurur: “Nafilə namazı onun üçün qərar verilmişdir ki, fəsadı və vacibatların nöqsanlarını aradan aparsın”. Başqa bir hədisdə oxuyuruq: “Allah Təala vacib namazı nafilə namazı ilə kamil etmişdir”.

    Əbu Həmzə Somali nəql edir ki, İmam (ə) buyurdu: “Heç bir namaz qəlb hüzuru olmadan qəbul olmaz”. Mən dedim: “Qurbanın olum, bizim hamımız həlak olacağıq?”. Buyurdu: “Xeyr. Çünki Allah Təala bu cür ibadətləri nafilə vasitəsilə kamil edər”.

 

--3. Sübhan Allaha yaxınlaşmağa səbəb olar. “(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 16-17).

 

Qüdsi hədisdə oxuyuruq: “Heç bir bəndə vacibat ibadəti kimi ən yaxşı ibadətlə Mənə yaxınlaşmamışdır. O, nafilə vasitəsilə Mənə yaxınlaşmağa çalışır o yerə qədər ki, Mən onu sevərəm. O zaman ki, onu sevərəm – Mən onun eşidən qulağı, görən gözü, danışan dili və güclü əli olaram. Əgər Məni çağırarsa – cavab verərəm, Məndən bir şey istəsə - ona verərəm”.

 

Başqa bir hədisdə oxuyuruq: “Nafilə namazı möminin Allaha yaxınlaşmaq vasitəsidir”.

 

Bunu qeyd etmək lazımdır ki, müstəhəb əməllər o zaman faydalı olur ki, onu davamlı halda edəsən. Hədislərin birində də oxuyuruq ki, buyurublar: “Hər bir yaxşı əmələ başlayın və ən azı onu bir il davam etdirin”.

 

Başqa bir hədis buyurur: “Xeyir işi davamlı etmək yaxşı nəticələr qoyar. O cümlədən: çirkin işləri tərk etmək, günah və büdrəmədən uzaq olmaq, yəqinə çatmaq, Rəhman Allaha iatət etmək, şeytanın vəsvəsəsindən uzaq olmaq, haqq və ədaləti qəbul etmək kimi”. (İslami saytlara istinadən)

 

Ancaq əlbəttə ki, bu, o demək deyildir ki, vacibatları qoyub müstəhəblərə üz çevirək. Əksinə, müstəhəb vasitəsilə vacibatları kamilləşdirə bilərik./Deyerler.

baxılma sayı: 34