Hansı günah nəyi aradan aparar?!

İmam Sadiq (ə) buyurur: “O günah ki, nemətləri dəyişdirər (aradan aparar) – başqalarının haqqına təcavüz etməkdir.

O günah ki, peşmançılıq gətirər – qətldir.

O günah ki, giriftarlıq yaradar – zülmdür.

O günah ki, abırı aparar – şərabxorluqdur.

O günah ki, ruzinin qarşısını alar – zinadır.

O günah ki, ölümü tezləşdirər – qohumlarla əlaqəni kəsməkdir.

O günah ki, duanın yerinə yetməsinə mane olar, həyatı zülmətə çevirər – ata və anaya itaətsizlik etməkdir”./Deyerler.

baxılma sayı: 28