İbadətin bəyənilən olması üçün 5 şərt

İbadət – Allah Təala qarşısına çıxmaqdır. Onun bəndələri üçün ayırdığı süfrədə əyləşməkdir. Ona görə də həqiqi ibadətin yollarını da Onun özündən öyrənmək lazımdır.

 

Bəs Allah yanında ən yaxşı ibadət necə olmalıdır?

 

1. Agahcasına olmalıdır. İnsanın agah şəkildə qıldığı iki rükət namaz, qəlb hüzuru olmadan qıldığı 70 rükət namazdan daha üstündür. O kəs ki, qəlb hüzuru olmadan namaz qılar, alimlərin buyurduğuna görə o uzunqulağa bənzəyir ki, öz ətrafında fırlanır, ancaq irəli gedə bilmir. İmam Sadiq (ə) buyurur: “Hər kim iki rükət namaz qılar və bilər ki, kiminlə söhbət edir – günahları bağışlanar”.

 

2. Aşiqcəsinə olsun. Ruh, ibadətdə o zaman sevinc əldə edər ki, ibadəti aşiqcəsinə olar. Allahla söhbət etməyə tələsər və həvəsli olar. Məsumlar (ə) dualarında buyurardılar: “Allahım! Sevincimi ibadətində qərar ver!”. O kəslər ki, öz ibadətlərindən ləzzət almırlar, o xəstələrə bənzəyir ki, yedikləri ləzzətli yeməklərdən ləzzət almırlar.

 

3. Xaliscəsinə olsun. Riya, ibadəti aldatmaqdır və ibadət baxımından özünü aldatmaqdır. Xalis namazın dəyərini isə insan ağlına belə gətirə bilməz, çünki çox yüksəkdir. “Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!”. (“Bəyyinə” 5).

 

4. Müticəsinə olsun. Müti olmaq – bəndənin Allah qarşısındakı qəlb halıdır ki, qəlbinin paklığı sayəsində meydana gələr. Bu insan Allah qarşısındakı aciz və zəifliyini hiss edər və onu dilinə gətirər, ürəyində təsdiq edər. “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 2).

 

5. Gizli olsun. Həzrət Peyğəmbər (s) buyurur: “O ibadətin mükafatı böyük olar ki, gizli olsun. Bu, ona görədir ki, cəm içində olan ibadət, riya və özünü göstərmək zəminələrinə malik olar”. /Deyerler.

baxılma sayı: 83