Namazın sıralarında nizamı saxlamaq buyuruşu

Həzrət Peyğəmbər (s) həmişə namazın sıralarını nizama salardı. Sonralar get-gedə artıq hamı üçün bu, adət halını aldı.

Bir gün Həzrət Rəsuli-Əkrəm (s) məscidə gəlir və namaz üçün dayanır. Təkbiri demək istəyən zaman görür ki, kişilərdən birinin sinəsi o birilərinə nisbətdə daha qabağadır.

Buyurur: “Allah bəndələri! Sıralarınızı nizama salın! Əks halda aranızda münaqişə olacaqdır”.

İbni Məsud nəql edir ki, Peyğəmbər (s) əlini bizim çiyinlərimizə qoyar və bizi irəli və arxaya çəkərdi. Sonra buyurardı:“Nizamlı dayanın. Əgər dayanmaqda fərqiniz olsa, qəlbləriniz də fərqli olacaqdır”./Deyerler.

baxılma sayı: 195