Əhli Beytin məqamı

Əhli beytin (ə) məqamı hədis (19) Muhəmməd ibnul-Həsən deyir: İmam Həsən Əskəriyə (ə) yazıb o həzrətə kasıblıqdan şikayət etdim. Sonra isə öz-özümə dedim: Məgər İmam Sadiq (ə) buyurmayıbdır ki, kasıb olub Bizimlə olmaq, varlı olub Bizim düşmənimizlə olmaqdan və Bizimlə birgə qətlə yetirilmək Bizim düşmənimizlə birgə yaşamaqdan üstündür?! (Məktubumun) cavabı gəldi: (Həzrət məktubumun cavabında belə yazmışdı:) “Həqiqətən də, Allah-təala Bizim dostlarımızın günahları üst-üstə toplanıb çoxaldığı vaxt, onları kasıblıqla imtahana çəkib onları paklayar. O, (hələ) o günahların çoxundan keçir. Elə öz-özünə dediyin kimidir: Kasıb olub Bizimlə olmaq, varlı olub Bizim düşmənimizlə birgə olmaqdan üstündür.” (Ricalul-Kəşşi/ İxtiyaru Mə’rifətir-Rical/ səh 533, hədis 1018

baxılma sayı: 175