Müsəlmanlar hansı xüsusiyyətə görə ən yaxşı ümmət adlandırılmışdır?

İslam dini tarix boyu həmişə cahil insanlar tərəfindən təhlükədə olmuşdur. Bu insanların bəzisi cahillikləri üzündən elə əməllərə əl atırlar ki, öz gümanlarına görə İslam dininə daha çox yardım etsinlər. Halbuki, əksinə daha çox ziyan vururlar. Onlar öz cahillikləri üzündən nadanlıq quyusuna düşən insanlardır ki, çox sayda insanı da özləri ilə həmin quyuya salırlar. (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: “Allah bəndələrə ağıldan daha yaxşısını bəxş etməmişdir. Çünki aqil insanın yatmağı cahilin gecə oyaq qalmasından daha yaxşıdır. Aqilin evində olması cahilin səfərə çıxmasından daha yaxşıdır”.

Dinimizin vacibatlarından biri əmr-be-məruf (yaxşılıqlara dəvət) və nəhy-əz-münkərdir (pisliklərdən çəkindirmək). Lakin bu əməl öz şərt və şəraitinə görə yerinə yetirilməlidir. Əgər bu işdə səhlənkarlıq edilərsə, əks təsir göstərə bilər.

Qurani-Kərim müsəlmanları məhz əmr-be-məruf və nəhy-əz-münkər etdikləri üçün ən yaxşı ümmət adlandırmışdır. “Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz”. (“Ali-İmran” 110). Yəni, bu imtiyaz İslam ümmətini başqa ümmətlərdən fərqləndirir. Ona görə də hər bir müsəlman əmr-be-məruf və nəhy-əz-münkəri tanımalı və şərtlərini bilməlidir ki, onu düzgün şəkildə yerinə yetirə bilsin.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, əmr-be-məruf və nəhy-əz-münkər edər, gərək bu işi münasib yolu ilə yerinə yetirsin. O qədər mömin vardır ki, cəmiyyətdəki çirkin rəftardan əziyyət çəkir və dini vəzifəsinə görə nəhy-əz-münkər edər. Lakin nəhy-əz-münkərdə onların rəftarı çox çirkin və bəyənilməzdir”.

Şəhid Mütəhhəri yazır: “Yaxşı olar ki, cahillər əmr be-məruf və nəhy-əz-münkər etməsin. O qədər pisliklər məhz əmr-be-məruf və nəhy-əz-münkər adı ilə meydana gəlməmişdir. Agahlıq və bəsirət istəyir. Elm, psixologiya və cəmiyyətşünaslıq istəyir ki, insan başa düşsün ki, necə əmr-be-məruf və nəhy-əz-münkər etməlidir. Yəni, məruf yolu göstərsin və görsün ki, məruf haradadır. Münkəri ayırd etsin və münkərin kökünə çatsın. Məsumlar (ə) buyurur ki, cahillər yaxşı olar ki, əmr be-məruf və nəhy-əz-münkər etməsinlər. Çünki o zaman ki, cahil əmr-be-məruf və nəhy-əz-münkər edər, yaxşı etmək istəyəndə daha da pis edər”.

Əmr-be-məruf və nəhy-əz-münkərin ilk mərhələsi başqalarını tənbeh etmək üçün mənfi reaksiya verməkdir. Ondan sonra isə dillə müsbət mövqe tutmaq gələr. Əlbəttə hər kim əmr-be-məruf və nəhy-əz-münkər etmək üçün daha yaxşı hazırlığa malik olarsa, kamil imandan bəhrələnər. Başqa sözlə desək, hər bir insanın dini dəyəri və kamalı bu vəzifəni yerinə yetirməyə dair olan hazırlıqdan asılıdır.

Əmr-be-məruf və nəhy-əz-münkərin şərtlərindən biri də budur ki, əvvəl xoş dillə münkər rəd edilməlidir. Birbaşa kobudluq etmək olmaz. Dillə edilən əmr-be-məruf və nəhy-əz-münkərdən sonra növbə əmələ gəlib çatır. Bu əməllərə həmin şəxslə fasilə yaratmaq, yerinə yetirdiyi işlərə qarışmaq, fəsad və günahı aradan qaldırmaq, günahkarı çıxılmaz məntiqi dalana salmaq, bədən tənbehi aiddir. Əlbəttə bədən tənbehində mərcənin icazəsi lazımldır. Əmr-be-məruf və nəhy-əz-münkərin şərtində gəlir ki, əsas hədəf mülayim və şəfqətli söhbət olmalıdır. Çünki kobudluq olan zaman əmr-be-məruf və nəhy-əz-münkər yaxşı nəticələr vermir.

Şəhid Mütəhhəri buyurur: “Əmr be-məruf və nəhy-əz-münkər nədir? Yəni, həmrəylik, bağlılıq, həmkarlıq, tanımaq, agahlıq və qüdrət”.

İmam Sadiq (ə) buyurmuşdu: “O kəs ki, öz zamanını dərk edər, zamanının vəziyyətini tanıyar və zamanın batinində və səthində olan cərəyanları dərk edər – öz işində səhv etməz”.

Yəni, əgər bir müsəlman öz zamanından xəbərdar deyilsə və zamanın batinində və zahirində baş verənlərdən agah deyilsə, həmişə səhv edəcəkdir. İşi də həmişə əksinə olacaqdır. Düşməni əzmək yerinə özününküləri əzəcəkdir. Düşmənin sinəsini qara etmək yerinə özününkülərin sinəsini qaraldacaqdır./ Deyerler.

baxılma sayı: 49