Ayətullah Behcət ümidsiz günahkar barədə

Mərhum Ayətullah Behcət buyurur: “İmam Rzadan (ə) hədis vardır ki, buyurmuşdur: “Allahın rəhmətindən ümidsiz olmaq günahı – o günahlardandır ki, insan ən çox düçar olar”.

Əgər günah işləyən zaman onun qarşısını almasaq, halımız İlahi ayələri inkar etməyə və hətta məsxərə etməyə qədər gedib çıxacaqdır. Ya da o yerə gedib çıxar ki, İlahi rəhmətdən əlimizi üzərik və ümidsiz olarıq. Baxmayaraq ki, günahkar dərk edər ki, etdiyi günahı ilə Allah rəhmətindən xaric olmuşdur. Allahın rəhməti genişdir.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü Allah (Təala) rəhmətini o qədər genişləndirəcəkdir ki, İblis (də) Allahın rəhmətinə tamah edəcəkdir”.

Ömər ibni Sədə (lən) İmam Hüseyni (ə) qətl etmək üçün nə vədələr vermişdilər. Ancaq o məlun nə şahlığa çatır, nə də Rey mülkünə.

Allaha pənah aparırıq. İnsan özünü hər cəhətdən qorumalıdır ki, aqibəti xeyirli olsun”.=Deyerler.

baxılma sayı: 65