Kimdir o ən istədiyi ki, insan ona hamıdan çox zülm edir?

“Şübhəsiz, Allah insanlara (onları dünya çətinliklərinə və axirət əzablarına düçar etməklə) heç bir zülm etmir, lakin insanlar (həmin şeylərə səbəb olan əməlləri ilə) özləri özlərinə zülm edirlər”. (“Yunus” 44).

Bəs necə ola bilir ki, insan özünə zülm edir?

Zülm adətən insanın başqasına pis şeylər istəməsindən meydana gəlir. Necə ola bilər ki, insan özü üçün pis şeylər istəsin?

İnsanın özünə zülm etməsinin səbəblərindən biri – qəflət və cahilliyidir. Cahilliyi üzündən belə xəyal edir ki, özünə fayda verəcəkdir, ancaq əskinə - ziyan vurar. (Tebyan)

Bir nəfər Həzrət Peyğəmbərin (s) səhabələrindən birinə məktub yazır və ondan nəsihət verməsini istəyir. Səhabə də cavabında yazır: “O kəsə ki, hamıdan çox sevirsən, pislik etmə”. Həmin kişi bu cümlənin mənasını başa düşmür və xahiş edir ki, bu cümləni onun üçün şərh etsin.

Deyir: “Məgər bu mümkündürmü ki, mən bir kəsi çox istəyəm və ona pislik edəm?”.

Səhabə cavabında yazır: “Bəli, mümkündür. O kəsi ki, hamıdan daha çox istəyirsən – sənin özünsən. Cəhalətliyin üzündən özünə xeyir vermək xəyalı ilə özünə pislik edirsən. Bütün günahlara batırsan və elə bilirsən ki, özünə fayda verirsən. Halbuki, bu əməl özünə qarşı düşmənçilik və xəyanətdən başqa bir şey deyildir”.

Bəli, insan o zaman ki, günah edər – özü-özünə zülm etmiş olar. Allah hər bir kəsə vicdan vermişdir. Əgər vicdan olmasaydı, günah insanın gözünü kor və qulağını kar edərdi. O zaman ki, insan yalan danışır və ticarətdə fırıldaqlar edir, vicdanı onu danlamağa başlayır. Ancaq əgər insan günahlarının sayını artırarsa, vicdanını zəiflədər, onu ləkəyər və özünə zülm etmiş olar.

İnsanın özünə zülm etməsi üçün zəminələr yaradan amillərdən biri də şeytanın vəsvəsələridir. Şeytan (lən) insanı günah etməyə məcbur edə bilməz. Onun işi – ancaq vəsvəsədir. Şeytan Qiyamət günü onu lənətləyən günahkarlara deyər: “Bu qədər məni lənətləməyin. Sizə ancaq vədələr verirdim və verdiyim vədələrin əskinə əməl edirdim”.

Yunusiyyə duasında oxuyuruq: “«(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyib və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam»”. (“Ənbiya” 87).

İnsan günah edərək özü-özünə zülm edər. Ruhunu bu günahlarla o qədər çirkləndirər ki, İlahi rəhməti qəbul etmək üçün yer qalmaz və bu bərəkətdən özünü məhrum edər. Ona görə də insan əgər özünə zülm etmək istəmirsə, gərək qəflətdən, cəhalətdən uzaq olsun və şeytanın (lən) vəsvəsələrinə qulaq verməsin./Deyerler.

baxılma sayı: 38