Niyə namazlarımızın hamısında “Fatihə” surəsini oxuyuruq?

Məsumların (ə) nəzərinə görə, “Fatihə” surəsində dünya və axirətin xeyiri və hikməti cəm olmuşdur və heç bir şey onu əvəzləyə bilməz. Ona görə də o namaz ki, “Həmd” surəsi olmadan qılınar – naqis hesab olunar.

Bu səbəbdən “Həmd” surəsinin başqa surələrlə fərqi vardır. Çünki, bütün surələr Allahın adındandır, ancaq bu surə - bəndələrin adındandır. 

Bəndə bu surəni oxuyan zaman hiss edər ki, Allaha yaxın olar və Allahla münacat edər. Bu səbəbdən də “Həmd” surəsini hər bir namazda oxumağın tərbiyəvi əhəmiyyəti vardır. İmam Sadiq (ə) buyurur: “İki halda İblis çox narahat olmuşdur:

1. Peyğəmbərin (s) besət hadisəsində.
2. “Həmd” surəsi nazil olan zaman”. 

Bu surə iki hissədən ibarətdir. Allahı həmd etmək və bəndələrin istəkləri. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Həmd” surəsini namazda qərar vermişəm ki, Özümlə bəndəm arasında bölə bilim. Yarısı mənə aiddir. Yarısı da bəndəmə””.
 

Bəndə özünü qüdrətli Allah qarşısında qərar verən zaman, özünü unudar və ancaq Onun əzəmətinə nəzər salar və buna görə həmd edib, sitayiş edər. Bundan sonra o, qüdrətli Allahdan öz hacətlərini istəyər. Allaha deyər ki, Səndən başqasini sitayişə layiq bilmirəm. Ona görə də ancaq Sənə pərəstiş edib, ancaq Səndən istəyirəm.

 
Allah Təalanın bu surəni namazda vacib etməsinin sirlərindən biri də budur ki, o namaz ki, “Həmd” surəsi olmadan qılınar, naqis qalar və tamamlanmaz.

İmam Rza (ə) buyurur: “Deyilmişdir ki, namazda “Həmd” oxunsun – başqa surə deyil, çünki heç bir surə “Həmd” kimi hərtərəfli deyildir”.
İmam Baqir (ə) buyurur: “O namazda ki, “Fatilhətul-kitab” oxunmaz – naqis olar”./Deyerler.

baxılma sayı: 187