Həzrəti Musanın (ə) qədr gecəsində Allah-Taaldan (c.c) aldığı 6 nemət

Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Musa (ə) Allaha etdiyi münacatda buyurur:

“Allahım, mən Sənin qürbünü istəyirəm”. Allah buyurur: “Mənim qürbüm o kəs üçündür ki, Qədr gecəsində oyaq olar”. 

Deyir: “Allahım, rəhmətini istəyirəm”. Allah buyurur: “Rəhmətim o kəslərə şamildir ki, Qədr gecəsində möhtaclara rəhm edər”.

Deyir: “Allahım, mən Siratdan keçmək iznimi istəyirəm”. Allah buyurur: “Bu icazə o kəs üçün olar ki, Qədr gecəsində sədəqə verər”.

Deyir: “Allahım, mən behişt ağaclarını və meyvələrini istəyirəm”. Allah buyurur: “Bu nemət o kəslər üçündür ki, Qədr gecəsində təsbihlə məşğuldurlar”.

Deyir: “Allahım, mən atəşdən nicat istəyirəm”. Allah buyurur: “Nicat o kəslər üçündür ki, Qədr gecəsində istiğfarla məşğuldurlar”.

Deyir: “Allahım, mən Sənin rizanı istəyirəm”. Allah buyurur: “Mənim rizamı o kəs cəlb edər ki, Qədr gecəsində iki rükət namaz qılar””.

==Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Qədr gecəsində iki rükət namaz qılar, “Həmd”dən sonra 7 dəfə (“Tövhid” surəsini) oxuyar və namaz bitəndən sonra 70 dəfə (“Əstəğfirullahə və ətubu iləyh”) deyər, yerindən qalxmamış Allah onu, ata və anasını bağışlayar. Mələk göndərər ki, həsənələrini gələn ilə qədər yaddaş etsin. Başqa bir mələyi vəzifələndirər ki, behiştdə onun üçün ağac əksin və qəsrlər inşa etsin ki, oradan çaylar axar. Dünyadan getməz o zamana qədər ki, Allahın bu lütfünü öz haqqında müşahidə edər”.

==İmam Rza (ə) buyurur: “O kəs ki, iftar zamanı bir parça çörəyi yoxsula sədəqə verər, Allah onun günahlarını bağışlayar”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, Ramazan ayında sədəqə verər, Sübhan Allah 70 növ bəla və giriftarlığı ondan uzaq edər”.

İmam Musa ibni Cəfər (ə) buyurur: “O kəs ki, Qədr gecəsində qüsl alar və sübhə qədər əhya saxlayar, günahları bağışlanar”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, Qədr gecəsində “Ənkəbut” və “Rum” surəsini oxuyar, o, istisnasız behişt əhlidir”.-Deyerler

baxılma sayı: 83