Namazda hansı şərtə diqqət yetirmək ibadəti həqiqi Allah istəyən namaz edər?!

Namazı sevmək – əslində uca olan Allahı sevmək deməkdir. Bu bağlantı cismi və zahiri deyildir, qəlbi bir bağlantıdır. 

Allah Təala buyurur: “Yer və göy mənim yerim deyildir. Ancaq Mən möminin qəlbində təcəlli edərəm. Mənim yerim möminin qəlbidir”. Yəni, əgər insan qəlbi ilə Allahla bağlantı yarada bilərsə, bu zaman namaz həqiqi namaz olar. 

Namazın bir zahiri vardır ki, ona əməl etmək vacibdir. Dəstəmaz alırıq, səcdəyə və rükuya gedirik. Namazın surələrini düzgün tələffüs edirik və bu kimi. Bunlar – namazın zahiri əhkamlarıdır. 

Batini hissə odur ki, qıldığımız namazda Allaha diqqət edərik və qəlbimizlə Allahla əlaqə yaradarıq. Bu, həccə bənzəyir ki, insan Kəbənin Sahibinə olan eşqinə görə, bu müqəddəs məkanın hər tərəfini qucaqlayıb öpmək istəyir. Sanki kimisə itirmişdir və bütün qəlbi və ruhu ilə onu tapmağa çalışar. Ev sahibini ancaq qəlbi ilə tapar və hiss edər. 

Namaz da o cürdür. İnsan əgər həqiqi namaz qılmaq istəyirsə, gərək namazda qəlbi ilə Allahla əlaqə yaratsın və Ona olan sevgisini ruhu və canı ilə bəyan etsin. Yəni, namaz Allahla qəlb rabitəsi yaratmaq üçün bir bəhanədir. Namaz bizi Allaha bağlayar və dünyadan qafil edər. Bu cür namaz həqiqi namazdır və qurucu xarakterə malikdir.


Mərhum Ayətullah Qazinin şagirdlərindən biri deyir ki, o, namazı xüsusi eşq ilə qılırdı. Bəzən hava soyuq olduğu üçün çoxlu paltar geyinərdi ki, ona soyuq olmasın. Ancaq elə ki, namaz qılardı, istilənər və üst-üstə geydiyi paltarları bir-biri çıxarardı. Mərhum Qazi buyururdu ki, mən saqqalımı girov qoyaram ki, əgər kimsə şövqlə namaz qılarsa, həmin namaz onu kamallara çatdırar. 

O kəslər ki, itirmişlərini tapmaq istəyərlər – ən uğurlu yollarından biri də budur ki, namazı qəlblə qılsınlar. Çünki Allahın hər şeyi vardır. O zaman ki, biz namaz qılarıq, Allah bizə də hər şey verər. Allahın qüdrəti və elmi vardır. Ona görə də o zaman ki, Onunla əlaqə yaradırıq, istəklərimiz həyata keçir.
 

Bəzən namazda dünyanın min cür işlərini həll etməyə çalışırıq. Ancaq həqiqi namazda “mən” deyilən bir şey olmamalıdır. İnsan hava və nəfsini kənara qoymalı və Allahla söhbət etməlidir. Aşiq insan həmişə çalışar ki, Məhbububun istəklərini yerinə yetirsin. Bu məhəbbət o zaman məna əldə edər ki, itaətlə bir yerdə olsun. Yəni, namaz qılan insan həm namaz qılar, həm də günah etməz. Çalışar ki, günahdan uzaq olsun. Çünki axı Məhbubu ondan istəmişdir ki, günahdan uzaq dursun. (Həvzəh)


Ona görə də deyə bilərik ki, namaz o zaman həqiqi namaz olar ki, insan Allaha itaət edər. Qəlbi ilə onunla əlaqə yaradar. Belə bir namaz insanı təkamül etdirər və Allaha yaxınlaşdırar. Belə namaz möminin meracı ola bilər./Deyerler.

baxılma sayı: 79