İmam Kazim (ə) ilahi haqq xəlifəliyi sübut etmək üçün möcüzəvi addım atdı!

İmam Sadiq(ə) şəhadətə yetişdiyi zaman Musa ibni Cəfərə(ə) vəsiyyət etdi ki, ondan sonra imamət məqamını öhdəsinə götürsün.Amma onun qardaşı Abdullah Əftəh ki, yaşı çox idi, imamət iddiasını etdi.
İmam kazim(ə) göstəriş verdi ki, çoxlu odunu onun evinin ortasında yığsınlar. O zaman qardaşı Abdullahı yanına çağırmaq üçün adam göndərdi.
Abdullah gəlib həzrətin yanında oturdu. Şiənin bəzi böyük şəxsiyyətlərindən də orada hazır idilər. İmam(ə) göstəriş verdi ki, odunları yandırsınlar. Bütün odunları yandırdılar. Böyük bir od qalandı. Camaat bilmirdi İmam Kazimin(ə) bu işdən hədəfi nədir. Odunlar yanıb köz olduğu zaman İmam(ə) odun içinə girib oturdu və bir saat odun içindən camaatla söhbət etdi. O zaman durub camaata qoşuldu və qardaşı Abdullaha dedi: Əgər güman edirsənsə, atandan sonra imamsan, bu odun içində otur.
Orada hazır olanlar deyirlər: Gördük ki, Abdüllahın rəngi dəyişdi və əbası yerə sürtülən halda İmam Kazimin(ə) evindən xaric oldu.

baxılma sayı: 297