Allah-Taala (c.c) İslam Peyğəmbərinə xitab edərək həqiqi bəndənin hansı xüsuiyyətdə olmasını soruşur!

Merac görüşünün hədisində gəlmişdir! Allah-Taala (c.c) Hz Peyəmbər (s) buyurdu: "Ey Əhməd! Aya bilirsənmi necə həqiqi bəndə olmaq olar?!
Hz Peyğəmbər (s) cavab verərək dedi: Bilmirəm! 
Uca və Əzəmətli Allah (c.c) buyurdu: Hər kimdə 7 sifət toplanarsa o həqiqi bəndə və abid olar:

1-Təqvası (daxili çəkinmə qüvvəsi) ki, onu günah və çirkinliklərdən çəkindirə!

2-Sakit dura bilməsi ki, onu aid olmayan işlərə qoşulmadan çəkindirə!
3-Qorxu ki, onun göz yaşını və əməllərinin az olmasına qəm edə!

4-Həyası ki, gizlində və tək olanda Məndən qorxmasına və günaha bulaşmaqdan çəkindirə!
5-Halal yeməsi ki, onun həyatının davam etməsi üçün ona ehtiyacı vardır! (yəni haramdan çəkinər və çox yemək onun xüsuiyyəti olmaz!

6-Dünya ilə düşmənçilik etməsi! Çünki mən dünyanı düşmən bilirəm. (yəni dünya onu əsl məqsədindən uzaqlaşdıran səbəbdir!)
7-Saleh və yaxşı insanlarla dostluq etməsi, dostluğu Mənə görə olar ki Mən onları sevirəm. 
Mənbə: Bihar Əl-Ənvar, cild-77, səh: 30.

baxılma sayı: 76