Nə üçün sünnilər də bizim kimi azanda "həyyə əla xəyril-əməl” demirlər?

Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə "həyyə əla xəyril-əməl”, yəni "əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.(Kitabul-əzan”, Əbi Hatəm, s. 54-60.)
Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər. 
 
Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani 

baxılma sayı: 175