Birincilər haqqında İslami bilgilər

1-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin imamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi.”
3-İmam Sadiq (ə) buyurmuşdur: "Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə "Ələq” surəsi idi.
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.
6-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.
7-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.

8-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.
9-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.
10-İnsanın həyatına səbəb olan birinci şey sudur.

11-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.
12-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi "Bədr” müharibəsi idi.
13-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.
14-Məkkədən Mədinəyə ayaqyalın hicrət edən birinci qadın imam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.

baxılma sayı: 317