Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?

Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bəzən isə bu namazı batil sayırlar.("Səhihe-Buxari”, namaz kitabı, fəsil 100-101)
 
Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.("Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1)
 
Möminlərə tövsiyə olunur ki, sünnə əhlinin etiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə etiraz edərsə, bu etirazı qərəzli saymayın.
 
Qeyd etməliyik ki, Məscidül-həram və Məscidün-nəbidə böyük izdiham olduğundan sünnilər həmin yerlərdə namaz qılanın qarşısından keçməyi caiz sayırlar.("Töhfətul-ixvan”, Ben Baz, s. 88) Kitabın adı: Vəhhabi suallarına cavablarımız- Müəllif: Əli Ətai İsfahani

baxılma sayı: 100