Səhih hədisi qeyri-səhih hədisdən necə fərqləndirmək olar?

Peyğəmbərin (s) dövründənbaşlayaraq saxta hədis qondaranların mövcudluğunu nəzərə almaqla, səhih hədisi qeyri-səhih hədisdən seçmək üçün bir sıra meyarlara ehtiyac duyulur. Həmin meyarlardan bəzilərini aşağıda qeyd edirik:

1. Quranla uyğunluq – İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql etmişdir: "Həqiqətən, hər bir haqq üçün bir həqiqət və hər bir savab üçün bir nur var. Allahın kitabına uyğun gələni əxz edib, ona zidd olanı boşlayın”. (Kafi, c.1, səh.69)

2. Məsumların buyuruqları ilə uyğunluq – Həsən ibn Cəhm deyib: (İmam) Rzaya (ə) dedim ki, sizin tərəfinizdən  bizə fərqli hədislər çatır. (Həzrət) buyurdu: "Bizim tərəfdən sizə çatanı Allahın kitabı və bizim hədislərlə müqayisə edin. Əgər uyğun gəlsə, bizdəndir, uyğun gəlməsə, bizdən deyil”. (Vəsailuş-şiə, c.27, səh.121)

Ağıla uyğunluq – Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər sizə məndən bir hədis yetişsə, Allahın kitabı ilə müqayisə edib, onu ağlınızın hökmünə verin. Əgər kitab və ağıla uyğundursa, qəbul edin, uyğun deyilsə, divara çırpın”. (Şərhi-Üsuli-kafi, c.2, səh.343)ehliwie-samux.
 

baxılma sayı: 221