Quran oxunarkən ona qulaq asmaq lazımdır, yoxsa onunla tilavət etmək?

Bu sualın cavabını "Əraf" surəsinin 204-cü ayəsində tapmaq olar. Ayənin nazil olma səbəbində İbn Abbas və başqaları demişlər: "Müsəlmanlar ilk günlərdə namazda bəzən söhbət edirdilər. Bəzən elə olurdu ki, məscidə daxil olan şəxs namaza başlaması üçün başqalarından neçə rükət qıldıqlarını soruşardı. Onlarda cavabında neçə rəkət qıldıqlarını deyərdilər. Belə olduqda yuxarıdakı ayə nazil oldu, onları bu işdən çəkindirdi. Nəql olunduğuna görə Zöhri bu barədə demişdir: "Peyğəmbər (səlləllahu əleyhi və alih) Quran tilavət edərkən ənsardan olan bir gənc də onunla birgə ucadan Quran oxuyardı. Ayə nazil oldu, onu bu işdən çəkindirdi."

Hər halda Quran yuxarıdakı ayədə belə əmr edir:
وَ إِذا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَ أَنْصِتُوا لَعَلَّکُمْ تُرْحَمُونَ
Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə bağışlanasınız.
"Ənsitu" feli "İnsat" kökündən götürülmüş, sükutla qulaq asmaq mənasındadır. etməkdir. Ayədəki sükut və dinləmənin hansı zamana – bütün hallarda Quran oxunan, yaxud yalnız namaz vaxtı imam camaatın qiraəti və yaxud da cümə namazının xütbəsində İmamın Quran tilavət etdiyi zamana - aid olduğu barədə təfsir alimləri arasında fikir ayrılığı vardır. Mövzu ilə bağlı təfsir və hədis kitablarında müxtəlif hədislər nəql olunmuşdur. Ayənin zahiri mənasından hökmün ümumiliyini, xüsusi zamana aid olmadığını başa düşülür. ki, Ancaq İslam öndərlərindən nəql olunan bir çox hədislərdən əlavə alimlərin yekdil rəyinə görə də bütün hallarda Quranı dinləmə və sükut vacib deyildir. Bu da sözü gedən hökmün (vacib olma) ümumi və müstəhəb hökm olduğuna dəlalət edir. Yəni, hər yerdə və hər bir halda Quran tilavəti zamanı başqalarının Qurana hörmət əlaməti olaraq sükut edib onu dinləmələri, Allah kəlamını eşitmələri, və ondan ilham almaları müstəhəb və bəyənilən bir işdir. Çünki Quran yalnız qiraət kitabı deyil, əksinə dərk və əməl kitabıdır.

 Bu müstəhəb işə o qədər təkid olunmuşdur ki, bəzi hədislərdə bu əməlin vacibliyi qeyd olunmuşdur. Hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
یَجِبُ الاِنْصاتُ لِلْقُرْآنِ فِى الصَّلوةِ وَ فِى غَیْرِها وَ اِذْا قُرِءَ عِنْدَکَ الْقُرْآنُ وَجَبَ عَلَیْکَ الاِنْصاتُ وَ الاِسْتِماعُ
Namaz əsnasında və ya digər hallarda Quranı eşidərkən sakit olub dinləmək vacibdir. Sənin yanında Quran oxunarkən sakit olmaq və qulaq asmaq vacibdir.
Bəzi hədislərdə isə belə deyilir:
İmam camaat Quran oxuyarkən başqası Qurandan başqa bir ayə tilavət edərsə, ayə bitənədək imamın sükut etməsi və sonra qiraətini tamamlaması müstəhəbdir. Belə ki, İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:

Əli (əleyhis-salam) sübh namazı qılırdı. İbn Kəvva (münafiq və ikiüzlü şəxs) İmamın (əleyhis-salam) arxasında namaz qılmağa məşğul idi. O, namaz əsnasında qəfildən bu ayəni tilavət etdi:
وَ لَقَدْ أُوحِىَ اِلَیْکَ وَ اِلَى الَّذِیْنَ مِنْ قَبْلِکَ لَئِنْ أَشْرَکْتَ لَیَحْبَطَنَّ عَمَلُکَ وَ لَتَکُونَنَّ مِنَ الْخاسِرِیْنَ
Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.
Çox güman ki, ayəni oxumaqda hədəfi Siffeyn meydanında həkəmiyyəti qəbul etdiyinə görə Əliyə (əleyhis-salam) kinayəli etiraz etmək idi. Amma bununla belə İmam (əleyhis-salam) Quranın ehtiramına görə o, ayəni tamamlayana qədər susdu. Sonra İmam (əleyhis-salam) namazın qiraətinə davam etdi. İbn Kəvva ayəni ikinci dəfə təkrarladı. İmam (əleyhis-salam) yenə də sükut etdi. İbn Kəvva üçüncü dəfə ayəni təkrar etdi. Həzrət Əli də (əleyhis-salam) bu dəfə də Quranın ehtiramına susdu.

 Sonra həzrət bu ayəni oxudu:
فَاْصِبْر اِنَّ وَعْدَ اللّهِ حَقٌّ وَ لایَسْتَخِفَنَّکَ الَّذِیْنَ لایُؤْمِنُونَ
İndi ki, belədir səbr et! Şübhəsiz, Allahın vədi haqdır və imanları olmayanlar, səni qəzəbləndirməsinlər (və yolundan çıxarmasınlar.)
Ayədə göstərilir ki, münafiq və imansız insanları Allah tərəfindən ağır cəza gözləyir, onların müqabilində dözmək və səbirli olmaq lazımdır. Sonda İmam (əleyhis-salam) surəni tamamladı və rükuya getdi.

Mövzu konteksindən Quran ayələrini eşidərkən sükutla dinləməyin çox layiqli və bəyənilmiş iş olduğu məlum olur. Lakin ümumi baxışda bu iş vacib deyil. İcmadan və hədislərdən əlavə çox güman ki, "bəlkə sizə rəhm olunsun" cümləsi də bu hökmün müstəhəbliyinə işarədir. Bu ilahi hökmün vacib olduğu yer camaat namazındadır. Məmum İmamın qiraətini eşidərkən sükut edib qulaq asmalıdır. Hətta bir qrup fiqh alimləri bu ayəni məmuma "Həmd" və surəni oxumağın lüzumsuzluğuna sübut göstərmişlər. Bu hökmə dəlalət edən hədislərdən biri də İmam Baqirdən (əleyhis-salam) nəql olunan hədisdir:

İmam (əleyhis-salam) buyurdu:
وَ اِذا قُرِءَ الْقُرْآنُ فِى الْفَرِیْضَةِ خَلْفَ الاِمامِ فَاسْتَمِعُوا لَهُ وَ أَنْصِتُوا لَعَلَّکُمْ تُرْحَمُونَ
"Vacib namazda, imamın arxasında (ona iqtida etdiyiniz halda) Quran oxunarsa, qulaq asın və sükut edin, bəlkə sizə rəhm olunsun."
"Ləəllə" (bəlkə) sözü belə yerlərdə işlənərkən məqsəd Allahın rəhmətini qazanmaq üçün yalnız Quran tilavəti qarşısında sükut və qulaq asmaq deyil. Bəlkə, digər şərtlər, o cümlədən ona əməl etmək də lazımdır.= "Təfsiri-nunine", c 7, səh.92. Mənbə: Qum Elmi Hövzəsi

baxılma sayı: 140