Hansı vaxtlar dua etmək üçün daha münasibdir? İmam Sadiqin (ə) mübarək izahı

İmam Cəfəri Sadiq (ə) buyurur: "Namazlardan sonra dua edin, çünki, belə bir dua qəbul olar"
İmam Baqir (ə) buyrur: "Cümə axşamı gəldikdə Allah təala buyurar: "Bir dua edən varmı ki,onu bağışlayım? Tövbə edən varmı ki,tövbəsini qəbul edim?"
Həzrət peyğəmbər (s) buyurub:"Duanın ən yaxşı vaxtı səhər çağıdır."

İmam Cəfər Sadiq (ə) buyurdu:"Günəş çıxmazdan və batmazdan qabaq dua etmək vacib göstəriş və sünnədir, əlbəttə günəşin çıxmağı və batmağı ilə birikdə."
Həzrət peyğəmbər (s) buyurub:"Şübhəsiz gecənin elə bir saatı vardır ki,o saatda bəndənin hər bir duası qəbuldur. O saat gecənin yarısı ilə qalan üçdə bir hissəsi arasındadır."

Ravi deyir:"O xüsusi bir gecədir, yoxsa bütün gecələrə aiddir? Həzrət buyurdu: "Hər bir gecəyə aiddir."
İmam Cəfər Sadiq (ə) buyurub: "3 vaxtda dualar qəbul olar: 
1-Vacib namazdan sonra.
2-Yağış yağan halda.
3-Allah tərəfindən öz bəndələri üçün bir nişanə və ya möcüzənin aşkar olduğu halda"

=Mənbə: "Mənəvi xəzinələr" kitabı

baxılma sayı: 60