Ziyarət sözünün lüğətdə və dini termində mənası nədir?

Ziyarət sözü lüğətdə görüş, termində isə şəfaətli məsumlar qarşısında hazır olub ilahi insanlarla ruhani görüşməkdən ibarətdir.
Ziyarət: İman və məsum rəhbəri ilə qəlbi bağlılıq rabitəsi yaratmaqdır.

Ziyarət: Özünü İmamın pənah və feyz zonasında qərar verməkdir.
Ziyarət: Bircə an belə hidayət etmək, yönəltmək və təmin fikrindən qafil olmayan və bütün bərukətin ömrünü xalqın təmin və tərbiyəsinə sərf etmiş (ilahi) rəhbərlərə hörmət qoyub onları uca tutmaqdır.
Ziyarət: Bütün ömür boyu fədakarlıq və güzəşt edən dini rəhbərlərdən təşəkkür etməkdir.

Ziyarət: Öz İmam və rəhbəri ilə əhdi-peymanın,beyətin möhkəmlənməsidir.
Ziyarət: Allahın Höccəti ilə xəlvətdə razu-niyaz edib,ünsiyyət saxlamaqdır.
Ziyarət: İmam vücudundan bəhrələnmək üçün ruh və qəlbi hazırlamaqdan ibarətdir.

Ziyarət: Ruhun cilovunu ələ alıb qəlbi günah kimi çirkinliklərindən azad etmək.
Ziyarət: Məhəbbət və İxlas ilə keçən və nəticəsi İmam (ə)-ın əməli, rəftarı və davranışı ilə bərabər olan bir görüşdən ibarətdir.

Mənbə: "Mənəvi xəzinələr" kitabı

 

baxılma sayı: 48