Ölü ilə danışmaq şirkdirmi? Qurandan bir neçə nümunə

Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq onun dövləti dağılandan sonra söylənilib.

(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.


(əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).


(əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

 

Lütfən bunu qeyd edin ki, Qurandakı bu ayələrə əsasən, Allah Salehin (ə) qövmünü məhv etdikdən sonra Saleh (ə) həmin qövmə müraciət edir. Buradan aydın olur ki, ölülərin ruhları eşidə bilir, belə olmayan halda Salehin (ə) öz xalqına müraciətinin mənası nə ola bilər? Yoxsa sələfilər Salehin Faydasız iş gördüyünü və Müşrik olduğunu düşünürlər (İbn Abdul Vahhabın sözlərinə görə, əgər bir nəfər ölülərin eşitməsini düşünürsə, bu o deməkdir ki, o şəxs müşrikdir)? Bəs nə üçün Allah bu faydasız və siyasi işi Quranda xatırlatmışdır?

 

İkincisi, sələfilər Salehin (ə) nitqinin hər bir şəxsə və ya öz dövlətindəki hər bir ölüyə çatdırılması üçün Uca Səslə danışan Natiqlərdən istifadə etdiyini düşünürlər? Xeyr, o uca səslə danışan natiqlərdən istifadə etməmişdir, çünki Müqəddəs Quran onun xalqının hər bir nümayəndəsinin bu nitqi eşitməsinə şahidlik edir.

 

Bu açıq-aydın göstərir ki, yaxınlıqdan və ya uzaqdan gələn çağırışların ölülər üçün heç bir fərqi yoxdur. Onların eşitmə imkanları canlıların (dirilərin) eşitmə imkanlarından fərqlidir və onlar bir-biri ilə müqayisə oluna bilməz. Əgər bir şəxs müqayisə edirsə o, əlbəttə ki, səhvə yol vermiş olur.

 

Allah bu imkanların nə olduğunu bizə bildirməyib, lakin Quran ölülərin yaxın və ya uzaq olmasından asılı olmayaraq bizi eşitməsinə şahidlik edir. Buna inanmaq üçün bu bizə kifayətdir.

 

Üçüncüsü, nə üçün sələfilər Salehin (ə) öz ölmüş xalqına "Ey Qövmüm” deməsini normal qəbul edirlər, amma bizim "Ya Rəsulallah” deməizi şirk hesab edirlər?

Şuayb Peyğəmbərin ölülərlə danışması
Qurandan ayələr:

(əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
(əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.


(əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”-ehliwie-samux.

 

baxılma sayı: 32