İmam Əli (ə)-ın bir ərəbin 7 sualına cavabı....

Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi:  " Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum.”  Həzrət Əli (ə) buyurdu:  "Buyur soruş”. Həmin kişi soruşdu: 

1. Səmadan daha böyük olan nədir?  Həzrət (ə) buyurdu: "Günahsıza yalan bağlamaq” 

2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: " Haqq yerdən daha genişdir.” 

3. Oddan daha isti olan nədir?  Həzrət (ə) buyurdu:  " Hərislik oddan da istidir.” 

4. Buzdan da daha soyuq olan nədir? H əzrət (ə) buyurdu: " Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.” 

5. Dəryadan daha ğəni olan nədir? Həzrət (ə) buyurdu: " Qane olan insan dəryadan daha ğənidir."

6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: " Kafirin ürəyi daşdan daha möhkəmdir.” 

7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: " Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir.".ehliwie-samux.

baxılma sayı: 37