Peyğəmbər (s)-ın 10 hədisində namazın dəyəri

Peyğəmbərimizin (s) 10 hədisində namazın siması:

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs namazını zay etsə, Allah-taala onu (qiyamətdə) Qarun, Firon və Hamanla məhşur edər. Vay olsun namazı tərk edən şəxsə!”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah mənim gözümün nurunu namazda qərar vermişdir; yemək ac olan şəxs, su isə susuz şəxs üçün sevimli olduğu kimi, onu mənim nəzərimdə sevimli etmişdir. Ac olan şəxs yemək yeyərək doyur, susuz olan şəxs də su içərək sirab olur, lakin mən namazdan heç vaxt doymuram.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər namaz vaxtı bir mələk nida edib deyər: Ey Adəm övladları, namaza qalxın və (namaz vasitəsilə) öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu) söndürün!”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazlarınızda (son dərəcə) diqqətli olun, çünki dini qəbul etdikdən sonra, İslamın əsası namazdır.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz namazlarınızda (son dərəcə) diqqətli olun, çünki Allah-taala qiyamət bərqərar olarkən bəndəni gətirər və ondan soruşduğu ilk şey namaz olar, əgər onu tamam-kamal yerinə yetirmiş olarsa, (bağışlanmış insanlardan olar), əks halda cəhənnəmə atılar.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Üç əməli təxirə salmayın: Namazı, cənazəni götürməyi və dul qadını ərə verməyi.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Namazı əvvəl vaxtından təxirə salma; çünki bu iş, Allahı qəzəbləndirir.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Namazı elə halda qıl ki, sanki ömrünün axırıncı namazını qılırsan.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Namazı kamil dəstəmaz almaqla əvvəl vaxtında qıl.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Gündəlik) beş namazı riayət edən (vaxtında lazımınca qılan) şəxslərə, bu namazlar qiyamət günündə onun üçün nur və nicat vasitəsi olacaqdır.”

baxılma sayı: 156