İslam şəriət və hədislərində dəstəmaz alınarkən müstəhəb olan 9 tapşırıq!

Dəstəmaz alarkən diqqət olunası müstəhəb əməllər


Allahın Rəsulu (s) buyurdu: “الوضوء مفتاح الصلاه”  Dəstəmaz namazın açılış və açarıdır.
Nəhcül-Fəsahə- hədis: 1588.


Dəstəmaz və namaz insanı dayandıran vasitədir ki, beş vaxtda insanın bədən və ruhunu çirkinlik və günahlardan saxlayaraq paklıq və təmizliyə tərəf çəkir.

Müstəhəbdir ki, namaz qılan şəxs dəstəmaz alarkən dəstəmazın bütün şərtlərinə əhəmiyyət verərək Allahın razılığını əldə etsin. Bu yolla Allahın dərgahında ibadətə dayanarkən lazım olan diqqət və nuraniyyəti əldə etmiş olsun.

 

Dəstəmazda diqqət olunması tövsiyə olunan əməllər:
1-Dəstəmazın birinci müstəhəb əməli qibləyə duraraq dəstəmaz almaqdan ibarətdir.  
Necə ki, rəvayətlərdə gəlmişdir: “Hər kim dəstəmazı üzü qibləyə duraraq alarsa onun əməl dəftərində iki rəkət namazın savabı yazılar.

-Bir hədisdə İmam Həsən Müctəbanın (ə) dəstəmaz alması barədə belə nəql olunur: “Dəstəmaz alarkən ayaqları titrəyərdi, üzünün rəngi sarı olardı. İmamın bu halının dəyişməsini soruşduqda belə cavab verdi:
-Hər kim Allahın dərgahında dayanmağa hazırlaşarsa münasibdir ki, rəngi dəyişsin və ayaqları titrəsin. (Onun əzəmət və böyüklüyündən qorxaraq.)

 

2-Dəstəmazda ikinci müstəhəb əməli isə hər namaza dayanandan öncə dişləri fırçalamaqdır.
Şəriət alimləri tövsiyə edirlər ki, dəstəmaz alarkən müsətəhəbdir ki, birinci dişlərə misvak vurun.
Necə ki, Hz Peyğəmbər (s) İmam Əliyə (ə) nəsihətində buyurur: “Ey Əli! Sənə tapşırıram dəstəmaz alarkən misvar vurmağı unutmayasan.”
Eləcə də Hz Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: “Misvak olunmuş dişlə qılınan namazın dəyəri misvak vurulmamış qılınan 70 rəkət namazın savabından üstündür.

 

3-4-Dəstəmaz alarkən ağız və burunun içini yumağın müstəhəbliyi.
  Şəriət alimlərinin baxışına əsasən dəstəmaz alan şəxs üçün savabı artırar əgər ağız və burununu üç dəfə su ilə yaxalayarsa.
Diqqət: Dəstəmaz alarkən ağız və burunu yaxalamaq əməli dəstəmazın vacib əməllərindən hesab etmək cəfəri məktəbinin fiqhinə əsasən dəstəmazı batil edər. Bu cürə edən şəxs şəriətdə bidət etmiş və günaha düşmüşdür.

 

5-Dəstəmaz alarkən müstəhəbdir ki, əlləri yuyanda kişilər birinci yumada dirsəyin arxasında, ikincisini isə əlin içində suyu töksünlər. Xanımlar isə kişilərin əksinə olaraq birinci əlin içində başlasınlar ikincini isə əlin dirsəyindən töksünlər.

 

6- Dəstəmaz alandan sonra müstəhəbdir ki, islanmış bədən üzvləri dəsmal və ya başqa bir şeylə qurulanmasın!
İmam Sadiqdən (ə) nəql olunan hədisdə həzrət buyurur: “Hər kim dəstəmaz alarsa və dəsmalla qurulanarsa onun üçün bir həsənə (saleh əməl) hesab olunar. Amma kim dəstəmaz ala qurulamaya, səbr edə dəstəmaz üzvləri özü quruya Allah Təala (c.c) onun üçün otuz həsənə (saleh əməl olaraq) yazar.

 


7-Dəstəmaz alarkən barmaqların arası aça ki əllərin hamısı yuyulmuş ola.
Hz Peyğəmbər (s) buyurdu:  “Dəstəmaz alarkən barmaqların arasını ayırın ki, Allah Təala (c.c) atəş vasitəsi ilə onları bir-birindən ayırmasın.

 

8-Dəstəmaz alarkən nə miqdarda sudan istifadə etmək!
Həzrəti Peyğəmbər (s) buyurur: “Dəstəmaz alarkən 10 ovuc sudan istifadə etmək, və qüsl alarkən isə 3 litrə su kifayət edər. Amma gələcəkdə insanlar gələcəklər k, bu miqdar suyu az hesab edəcəklər, çoxlu su işlədəcəklər, onlar mənim yolumun əksinə addım atmış olarlar.

 

9-Dəstəmazın müstəhəb əməllərindən biri də dəstəmaz üzvlərinə su vurarkən və ya məsh çəkərkən şəriət və dua kitablarında qeyd olunan duaları oxumaqdan ibarətdir...

 

Mənbələr:
1-Miftahul-Fəlah kitabı, səh:23-28
2-Mən la Yəhzuruhul Fəqih kitabı, cild-1, səh: 122 və 125-126.
3-Nəhcül Fəsahə, səh-306-349.
4-Ən-Nəzid, cild-2, səh: 124
5-Məhəccətül-Bəyza, cild-1, səh: 301-namaz.ge

 

baxılma sayı: 124