Namaz qılanın paltarı üçün deyilən 8 müstəhəb əməllər

İmam Sadiq (ə) buyurdu: “Ən yaxşı geyim odur ki, səni Allahı xatırlamaqdan qafil etməyə və səni başqasına çəkməyə səbəb olmaya. Bəlkə o paltar yaxşıdır ki, səni şükrə, zikr və itaətə həvəsləndirə.”   Mənbə: Misbahuş-şəriə, 7 ci bab, geyim bölümü.


İslam şəriətinə əsasən namaz qılan şəxsin paltarında bu məsələlərə diqqət yetirməklə ibadətin savabını bir neçə dəfə artırmaq mümkündür:


1-Namaz qılan şəxsə müstəhəbdir ki, ibadətə dayandığı zaman ağır və vüqarlı geyimlərdən istifadə etsin!


2-Müstəhəbdir ki, namaza duran şəxs getimdə pambıq və kətan parçalardan tikilmiş paltarlardan istifadə etsin!


3-Müstəhəbdir ki, namaz qılan şəxs ibadətə dayanan zaman ağ və ən yaxşı paltarını geyinsin!


4-Müstəhəbdir ki, namaz qılan şəxs ibadətə duran zaman əba geyinərək əlinə də əqiqdən düzəlmiş üzük taxsın!


5-Müstəhəbdir ki, namaza duran şəxs iyili ətirlərdən istifadə etsin! Necə ki, İmam Sadiq (ə) buyurur: “Xoş iyi ilə qılınan namaz ətir vurmadan qılınan yetmiş rəkət namazdan üstündür.


6-Müstəhəbdir ki, namaz qılan şəxs qara paltarlardan istifadə etməsin, yalnız əba və əmmamə...


7-Müstəhəbdir ki, namaz qılmağa hazırlaşan şəxs paltar geyinib-soyunmaq istərsə “Bismillahir-Rəhmanir-Rəhim”- desin.


8-Müstəhəbdir ki, namaz qılan şəxs daimi yaşadığı məntəqədə namaz üçün xüsusi yer, səccadə və xalça yeri təyin etsin.


Mənbələr:
1-Tövzihul-Məsail, məsələ-864
2-Məkarimul-Əxlaq, səh-22
3-Səvab əl-Əmal, səh-62.
4-Ən-Nəzid, cild-2, səh-114
5-Əsrarus-salat, Mirzə Cavad Təbrizi, səh-125 namaz.ge

baxılma sayı: 46